Andraş Hegedüş (, ) — Macar dövlət xadimi. 1955–1956-cı illərdə Nazirlər kobinetinin sədri vəzifəsində çalışmışdır. 28 oktyabr 1956-cı ildə Macar inqilabından sonra SSRİ-ə qaçmış, 1958-ci ildə geri qayıtmışdır.

Həyatı 1922-c il oktyabrın 31-də Macarıstanın Silşarkan () şəhərində anadan olmuşdur. Orta məktəbi Evanjelist Akademiyasında başa vurduqdan sonra 1942-ci ildə Budapeşt Texniki Universitetinə daxil olmuşdur. Burada dəmiryolu mühəndisliyi fakültəsində təhsil almışdır. Universitet illərində yeraltı kommunist hərəkatına qoşulmuş nəticə də həbs edilmişdir. 1944-cü ilin avqust ayına qədər ev dustağı olsa da, noyabr ayında qaçmağa müvəffəq olmuşdur. 24 iyun 1945-ci ildə müvəqqəti hökumətin yaradılmasında rol oynamışdır. 1947-ci ildə Suzanna Hölzel ilə evlənmiş, bu evlilikdən 6 övladı dünyaya gəlmişdir.

Siyasi fəaliyyəti 1948-ci ildən etibarən Macarıstan Zəhmətkeşlər Partiyasında rəhbər vəzifələrdən birini tutmuşdur. 18 aprel 1955-ci ildə Baş Nazir vəzifəsinə təyin edilmiş, 24 oktyabr 1956-cı ilə qədər bu vəzifədə çalışmışdır. İnqilab zamanı sovet qoşunlarının Macarıstana daxil olmasına icazə verən sənədi imzalaması onu Macar xalqının gözündə bir düşmənə çevirdi. Sovet səfiri Yuri Andrapovun təklifi ilə ölkəni tərk edərək 1958-ci ilə qədər Moskvada yaşamışdır.

Elmi fəaliyyəti Bu illər ərzində SSRİ Elmlər Akademiyasının Fəlsəfə bölməsində xidmət göstərmişdir. Bundan başqa 1958–1961: Macar Elmlər Akademiyası İqtisadiyyat İstitutu, 1961–1963: Mərkəzi Statistika İstitutu, 1963–1968: Sosyoloji Tədqiqat İstitutu, 1966: Karl Marks İqtsadiyyat Universiteti, 1968–1973: Sənaye Fəaliyyətləri İstitutunda çalışmışdır. 1968-ci ildə Praqa Baharı zamanı Çexslovakiyanın Varşava Paktı işğalına etiraz etməsi nəticəsində Sosyoloji Tədqiqatlar İstitutundakı vəzifəsindən uzaqlaşdırıldı.

Ölümü 1990-cı ildə İşçi Akademiyasını yaratmış, 1999-cu ildə Macar İnqilabının ildönümündə, 76 yaşında vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Macarıstanda doğulanlar Kateqoriya:Budapeştdə vəfat edənlər Kateqoriya:Farkaşreti məzarlığında dəfn olunanlar Kateqoriya:Macarıstan baş nazirləri