1960 UEFA Avropa Çempionatı Finalı — 1960-cı il 10 iyul tarixində Fransanın paytaxtı Paris şəhərində yerləşən Park des Prinses stadionunda SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirilmiş UEFA Avropa Çempionatı final matçı. Bu UEFA-nın milli komandalar üçün təşkil etdiyi ilk UEFA Avropa Çempionatı final oyunu idi. Final matçı SSRİ və Yuqoslaviya milli komandaları arasında keçirildi.
Oyun Nəticə SSRİ millisi artırılan əlavə vaxtda daha bir dəfə fərqlənməklə turnirin qalibi oldu. Amma oyunda hesabı birinci hissədə Yuqoslaviya millisinin oyunçusu Milan Qaliç açdı. İkinci hissədə isə Slava Metreveli hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi, artırılan əlavə vaxtın 113-cü dəqiqəsində isə Viktor Ponedelnik qələbə qolunu vuraraq yekunda SSRİ millisi oyunu 2-1 hesablı qələbə ilə başa vurdu.
Oyunun nəticələri
Q1 Lev YaşinM2 Qivi ÇoxeliM4 Anatoli KrutikovM3 Anatoli MaslenkinY5 Yuri VoynovY6 İqor Netto (k)Y8 Valentin İvanovY7 Slava MetreveliH9 Viktor PonedelnikY10Valentin BubukinY11Mixeil MesxiBaş məşqçi:Qavril Kaçalin300px Q1 Blaqoya VidiniçM2 Vladimir DurkoviçM5 Yovan MiladinoviçM3 Fahrudin JusufiY4 Ante JanetiçY6 Jelko PeruşiçY7 Jelko MatuşY10Draqoslav ŞekularaçH8 Drajan JerkoviçY9 Milan QaliçY11Bora Kostiç (k)Baş məşqçi:Lubomir LovriçDraqomir NikoliçAleksandar Tirnaniç
Matç qaydaları 90 dəqiqə . 30 dəqiqə əlavə, lazım olduqda. Hesab bərabərdirsə yenidən oyun davam etdirilsin. Əvəzetməyə icazə verilmirdi.
İstinadlar
Kateqoriya:UEFA Avropa Kuboku Kateqoriya:SSRİ milli futbol komandasının oyunları Kateqoriya:Yuqoslaviya milli futbol komandasının oyunları Kateqoriya:UEFA Avro 1960