Miqel "Miki" Nunyes Poso (; 6 yanvar 1996, Terrassa, Barselona, İspaniya) — İspaniya müğənnisi. O, "La venda" mahnısı ilə İspaniyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı Miki 6 yanvar 1996-cı ildə İspaniyanın Barselona vilayətində yerləşən Terrassa şəhərində anadan olmuşdur. O, kiçik yaşından ailəsini dəstəyi ilə gitara və piano dərsləri almağa başlamışdır. O, biznes idarə edilməsi ixtisası üzrə London və Los-Ancelesdə təhsil almışdır.
Musiqi karyerası Miki Dalton Bang musiqi qrupunun üzvüdür. 2018-ci ildə İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır. Həmin ilin sentyabr ayında onun yarışmada iştirak edəcəyi təsdiqlənmişdir. Miki yarışmada altıncı yerədək yüksələ bilmişdir. 20 yanvar 2019-cu ildə Operación Triunfo nəznində keçirilən İspaniyanın Avroviziya milli seçim turunda Miki üç mahnı ilə qalibiyyət uğrunda mübarizə aparmışdır. Naticədə o, ifa etdiyi "La venda" mahnısı ilə ən çox səs toplayaraq, İspaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.
Diskoqrafiya Sinqllar Mahnı adı İl "La venda" 2019 "Nadie se salva"<small>(Nataliya Lakunsa ilə duet)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İspaniyada doğulanlar Kateqoriya:İspaniya müğənniləri Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İspaniyanın "Avroviziya" təmsilçiləri