KDIS — radio Disneyin qapalı radiostansiyası Kaliforniyanın Pasadena şəhərində lisenziyalı şəkildə fəaliyyət göstərir. Radiostansiya Los-Angeles ərazisində 1110 kHs AM tezliyində yayımlanır.
Tarixi Bu stansiya 1942-ci ildə KPAS çağırış siqnalı altında meydana gəlmişdir. Əvvəlcə onun musiqili bir radiostansiya olacağı təxmin edilmişdir. Lakin 1945-ci ildə stansiya öz yayım tərzini dəyişdi və KXLA-nın çağırış siqnalı əsasında yalnız ölkə musiqisini yayımlayırdı . Efirdə Tennessi ştatından, əsasən, iki şəxs vardı: Erni Ford və Sten Freberq. Əvvəlcə stansiya El-Montedən ötürücü vasitəsilə yayımlanırdı. KRLA (1959 - 2000-ci illər) 3 sentyabr 1959-cu ildə stansiya KRLA adlanan daha bir çağırış siqnalı aldı. Daha sonra stansiya Los Angeles ərazisində KFWB və KHJ ilə rəqabət edən ən yaxşı radiostansiyalardan biri olur. Vitse-prezident qismində fəaliyyət göstərən Laboenin fəaliyyəti əsasında KRLA müvəffəqiyyətli bir radiostansiyaya çevrilir. 1968-ci ildə xəbərlər proqramının müdiri Lyu İrvin aktual komediyaları xəbərlərlə birgə yayımlayan "The Credibility Gap" adlı satirik komediya komandasını yaradır. 1969-cu ildə Con Gillilend "Pop Chronicles" (Pop-musiqi Salnamələri) adlı sənədli filmini debüt etdi. 1960-cı illərdə KRLA studiyası Pasadendə köhnə Huntington Sheaton mehmanxanasının yaxınlığında yerləşirdi. Lakin stansiya yazı sisteminə keçdikdə sonra KRLA öz yayımına Cənubi Kaliforniyada başladı. 1982-ci ildə stansiya "Adult contemporary music"(Böyüklər üçün müasir musiqi)adlanan yeni musiqi formatında yayıma başladı. 1984-cü ildən radiostansiyada 1950-ci, 1960-cı və 1970-ci illərin sonlarındakı musiqilər yayımlandı. 1980-cı ilin sonu və 1990-cı ilin əvvəllində radiostansiyada 60-cı illərin mahnıları səsləndirilirdi. 1998-ci ildən KRLA bütünlüklə musiqi yayımından imtina edib yalnız danışıqları yayımladı. Bele dialoqlarda Maykl Cekson və Ken Minyard da iştirak etmişdi.
KSPN (2000-2002-ci illər) Aşağı reytinq səviyyəsinə görə stansiya 1 dekabr 2000-ci ildə ESPN Radiosu (əvvəlki KSPN) tərəfindən yayımlanan Disney radiosuna satılır. KDİS (2003-cü ildən - hazırkı dövrə qədər) 1 yanvar 2003-cü ildə radiostansiya yeni yayım formatına keçirildi. Stansiyanın daşıyıcı tezliyi AM 710-dan AM 1110-a qədər dəyişildi.
Ötürücü 1987-ci ildə radiostansiya KRLA öz ötürücü qovşağını Cənubi El-Montedən İrvindeylə köçürüldü. 1990-cı ildə KRLA-ya gecə yayımında ötürücü gücünü 10000-dən 20000 vatt-a qədər çatdırmağa icazə verildi. Güclülük artıqda KRLA köhnə El-Monte ötürücüsündən şimalda - bir neçə milli aralıqda yerləşən İrvindeyldəki yeni ötürücü vasitəsilə yayımlanmağa başladı.
İstinadlar
Xarici keçidlər Radio Disney AM 1110 section of radiodisney.com The «KRLA Beat» website, one of America’s earliest rock-n-roll newspapers