ADA Məktəbi — ADA Universitetinin nəzdində fəaliyyət göstərən məktəb.
Tarixi ADA Məktəbinin təqdimatı 22 fevral 2019-cu ildə ADA Universitetində olmuşdur.ADA Məktəbinin təqdimatı olub . azertag.az, 22.02.2019
Təhsil modeli ADA Məktəbinin təhsil modeli xüsusi yeniliklərdən ibarətdir. Bu məktəbin məzunlarının ADA Universitetinə xüsusi şərtlərlə qəbul olunması nəzərdə tutulub.
Tədris proqramı Məktəbin tədris proqramı Azərbaycan Respublikasının tam orta təhsil standartlarına — milli standartlara və milli kurikuluma və ADA Universitetinin təcrübəsinə əsaslanaraq hazırlanır. Tədris proqramında şagirdlərin akademik baxımdan ali məktəb illərinə daha hazırlıqlı olmalarına diqqət yetirilir; dövrün tələblərinə cavab verən kommunikasiya, kreativlik, komanda işi, tənqidi düşüncə kimi bacarıqların inkişafına əhəmiyyət verilir.
Binası Məktəbin binası yüksək standartlara uyğun olan infrastruktura malikdir.
Qəbul ADA Məktəbinə ilk qəbulun 2019–2020-ci tədris ilindən etibarən həyata keçirilməsi nəzərdə tutulub. İlk tədris ilində X və XI siniflərə şagird qəbulu planlaşdırılır. Qəbul həm yerli, həm də xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
2019–2020-ci akademik il üçün X sinfə qəbul olunan şagirdlər həm Azərbaycan, həm də ingilis dilində, XI sinfə qəbul olunan şagirdlər isə yalnız ingilis dilində təhsil alacaqlar.
İstinadlar
Kateqoriya:ADA Universiteti Kateqoriya:2019-cu ildə Azərbaycanda yarananlar