() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Liqulariyanın bəzi növlərinə ədəbiyyatda Senecio adı ilə rast gəlmək olar. Azərbaycanda bir növü- Sibir liqulariyası (L. sibirica) Böyük Qafqazın subalp zonasında yabanı halda bitir. Gülçülükdə çox vaxt aşağıdakı növlərdən istifadə olunur: Dişli liqulariya (L.dentata)- hündürlüyü 150 sm-ə çatır. Ürəkşəkilli, yasəmən rəngli yarpaqları olur. Sarı çiçəkləri səbət və ya çətirşəkilli çiçək qruplarına toplanmış çoxillik bitkidir. Prjevalski liqulariyası - uzun, düz çiçək saplağında yerləşən xırda hamaşçiçəkləri ilə əvvəlki növdən fərqlənir. Liqulariyanı kolun bölünməsi ilə çoxaltmaq asandır. Liqulyariya tək əkinlərdə yaxşı görünür. Bu bitki rütubətə, qeyri-münbit torpaqlara davamlıdır. Liqulariya tək-tək əkildikdə yaxşı görünür. Bitkidən bordürlərin salınmasında istifadə edilir.

Sinonimləri Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Avrasiya florası Kateqoriya:Mürəkkəbçiçəklilər cinsləri Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Aleksandr Anri Qabriel de Kassini tərəfindən adlandırılmış taksonlar