Ömər Sərcan İpəkçioğlu (, təxəllüsü: Ezhel; ) — Türkiyə repçisi və söz yazıçısı.

Həyatı Ömər Sərcan İpəkçioğlu 1 iyul 1990-cı il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Onun ailəsi musiqi ilə maraqlanırdı – anası Anadolu xalq rəqqası, dayısı isə musiqiçi, səsçi və səhnə işıqçısı idi. O, "TED" məktəbinə təqaüd alır. Bu dövrdə "Ezhel" "Eminem", "50 Cent" və Tupak Şakur kimi ABŞ repçilərinə qulaq asmağa başlayır.

Karyera 18 yaşında olarkən o, "Afra Tafra" adlı reqqi janrındakı mahnılar ifa edən bir musiqi qrupunun üzvü olmuşdur. "Hip-Hop Life" saytının təşkil etdiyi müsabiqədə o, "Freestyle kralı" seçilmiş və 2.000 türk lirəsi qazanmışdır. Qrupdan ayrıldıqdan sonra Ankara şəhərində bir neçə dostu ilə "Kökler Filizleniyor" adlı öz reqqi musiqi qrupunu təsis etmişdir. O, karyerasına 2017-ci ilə qədər "Ais Ezhel" təxəllüsü ilə davam etmişdir.

Ezhel bağlama, ney və gitara da ifa edə bilir. Onun debüt musiqi albomu "Müptezhel" 2017-ci ildə buraxılmışdır.

Ezhel 24 may 2018-ci ildə mahnılarında "narkotikdən istifadəyə fitva vermək"lə ittiham olunaraq nəzarətə alınmışdır. Onun nəzarətə alınması Türkiyədə mənfi reaksiyalara səbəb olmuşdu. Twitter sosial şəbəkəsində "#FreeEzhel" heşteqi məşhurlaşmışdı və çoxlu Türkiyə musiqiçisi Ezheli dəstəkləyini açıqlamışdır. On il müddətinə azadlıqdan məhrum olma ilə uzləşən Ezhel 19 iyunda ilk məhkəmə dinləməsi başlayandan 9 dəqiqə sonra bəraət qazanmışdır. Onun vəkili Fuad Əkin verdiyi müsahibədə "Biz, bəraət əldə etdik. Deyə bilərik ki, ədalət öz yerini tapdı" demişdir.

Ezhel 2019-cu ildən ona qarşı açılan məhkəmə iddialarına görə Almaniyanın paytaxtı Berlində yaşayır.

Diskoqrafiya Musiqi albomları "Müptezhel" (2017) "Lights out" (ft. Ufo361) (2019) "Made in Turkey" (ft. Murda) (2020)

Mahnıları "İmkansızım" (2017) "Alo" (2017) "İrezumi" (2018) "Bazen" (ft. Emel) (2018) "Derman" (2018) "Geceler" (2018) "Hayır" (2018) "Benim Derdim" (2018) "Iyi Bil" (2018) "Alışamadım" (2018) "Şehrimin tadı" (2018) "Esrarengiz" (2018) "Nefret" (2018) "Küvet" (2018) "Kazıdık Tırnaklarla" (2018) "KAFA10" (ft. Anıl Piyancı) (2018) "Yaranamam" (ft. Grogi) (2018) "Felaket" (2019) "Kapat Işıklarını" (ft. Ufo361) (2019) "Schwarz & Weiss (ft. Ufo361) (2019) "Kendini Kaybet" (ft. Ufo361) (2019) "Fallen" (ft. Ufo361) (2019) "Lights Out" (ft. Ufo361) (2019) "Yemin Olsunuytytgyg "Summer of My Life" (ft. Gringo, Yung Kafa & Kücük Efendi) (2019) "İlk Kural Saygı" (ft. Killa Hakan, Gringo) (2019) "ne deve ne kush" (ft. Büyük Ev Ablukada) (2019) "Fight Külup" (ft. Killa Hakan, Ben Fero, Ceza) (2019) "Nerden Nereye"-Ohash & Ezhel (2019) "Boynumdaki Chain (ft. Murda) (2019) "Lolo" (2019) "Olay" (2019) "Aya" (ft. Murda) (2019) "Wir sind Kral" (ft. Ufo361) (2019) "YKKE" (ft. Ufo361) (2019) "Mon Ami (ft. Eno) (2019) "Bi Sonraki Hayatımda Gel" (ft. Murda) (2020) "Duman" (ft. Murda) (2020) "Limit Yok" (Video Remix) (ft. Anıl Piyancı, Patron, Kamufle, Allame, Sansar Salvo, PIT10, Beta) (2020) "Jealous & Greedy" (ft. OMG) (2020) "Made In Turkey" (ft. Murda) (2020) "Devam" (ft. Gentleman, Luciano) (2020) "Allah'ından bul" (2020) "LINK UP" (ft. Kelvyn Colt) (2020) "Melodien" (ft. Newman) (2020) "Not a Day" (ft. Patrice) (2021) "Sakatat" (2021)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə repçiləri Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları