Svetlana Aftandil qızı Zeynalova (; 8 may 1977, Moskva, Rusiya SFSR, SSRİ) — Rusiya radio və televiziya aparıcısı, jurnalist İradə Zeynalovanın kiçik bacısı.
Həyatı 8 may 1977-ci ildə Moskvada qarışıq ailədə anadan olub. Atası Aftandil İsabala oğlu əslən azərbaycanlı, anası Qalina Alekseyevna isə rusdur. Svetlana jurnalist İradə Zeynalovanın kiçik bacısıdır.
1994-1997-ci illərdə Lenin adında Moskva Dövlət Pedaqoji Universitetində psixologiya fakültəsində,Светлана Зейналова: Я за веселые новости на сайте dni.ru, 23 октября 2012 1997-2001-ci illərdə isə M.S. Şepkin adına Ali Teatr Məktəbində oxuyub. Öz karyerasına aktrisalıqla başlayıb. Sonralar televiziya və radioda proqramlar aparıb.
2010-cu ilin məlumatına görə, bayramların təşkili üzrə agentliyin sahibidir.«Наше Радио» представило новое утреннее шоу с экс-ведущей радио «Максимум» , daymusic.ru, 6 сентября 2010
Şəxsi həyatı 2011-ci ilin sentyabr ayına olan məlumata görə, "Radio Maximum"un proqram direktoru Aleksey Qlazatovla evli olub. Bu evlilikdən Aleksandra adlı qızı dünyaya gəlib.Светлана Зейналова: «У меня ещё мало детей, и я не всего добилась», 1tv.ru, 3 сентября 2011 2012-ci ilin oktyabr ayına olan məlumata görə, cütlük boşanıb.
İstinadlar
Xarici keçidlər Şəxsi saytı Kino-teatr.ru saytında profili
Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:"Nə? Harada? Nə zaman?" oyunçuları