Bakıdakı Əbu Bəkr məscidində terror — 17 avqust 2008-ci ildə Əbu Bəkr məscidinə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu "Meşə qardaşları" qrupunun törətdiyini bəyan etmişdir. 8 sentyabra qədər qanunsuz silahlı qruplaşmanın üzvləri, rəhbərləri Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən zərərsizləşdirilmişdir
İstinadlar
[²] https://az.trend.az/azerbaijan/society/1275402.html
Xarici keçidlər
Kateqoriya:Azərbaycanda terrorizm Kateqoriya:2008-ci ildə Azərbaycan Kateqoriya:17 avqustdakı hadisələr