Zuzana Çaputova (; ) — Slovakiya vəkili, sosial fəalı, liberal siyasətçisi, Slovakiyanın beşinci Prezidenti. O, Slovakiya tarixindəki ilk qadın prezidentdir.Slovakiya prezident seçkilərində qalibin adı məlum olub. trt.net.tr Səlahiyyətlərinin icrasına 15 iyun 2019-cu ildə başlamışdır.

Prezidentliyi 16 mart 2019-cu ildə Slovakiyada keçirilən prezident seçkilərinin ilk turunda hüquqşünas Zuzana Çaputova 40,6 % səs toplayaraq qalib gəlmişdirSlovakiyada prezident seçkilərinin ilk turunda Zuzana Çaputova qalib gəlib . azertag.az, 17.03.2019. Əsas rəqibi olan Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç isə 18,6 faiz səslə ikinci olub.

Slovakiyada 30 mart 2019-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda Zuzana Çaputova qalib gəlmişdir. O, seçkilərə qatılmış 95 % seçicinin 58%-nin səsini toplayıb. Rəqibi olan Maroş Şefçoviç isə 42% səslə məğlub olub.

Çaputova ölkə prezidenti kimi vəzifəsinin icrasına hazırkı prezident Andrej Kiskanın səlahiyyət müddəti bitdikdən sonra 15 iyun 2019-cu ildə başlamışdır.

İstinadlar

Kateqoriya:Slovakiya prezidentləri Kateqoriya:Qadın prezidentlər Kateqoriya:XXI əsr siyasətçiləri