thumb|right|200px|Xose Karlos Pase (İnterlaqos) trası
Braziliya Qran-prisi () - Formula 1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələlərindən biri. San-Paulu şəhərində, Xose Karlos Pase avtodromunda keçirilir.
Ümumi məlumat Braziliya Qran-prisi ilk dəfə 1972-ci ildə İnterlaqos trasında keçirilmişdir. İlk yarış qeyri-rəsmi idi və Formula 1 üzrə dünya çempionatının təqviminə daxil edilməmişdi. Yarış test xarakteri daşıyırdı. Beləki əgər təşkilatçılar FİA-nı razı sala bilsələr qran-pri keçirmə hüququ ala bilərdilər. Bu hal növbəti ildən etibarən dəyişdi. Braziliya qran-prisinin keçirilməsində braziliyalı pilot Emerson Fittipaldinin böyük rolu olmuşdur. Elə o 1973-cü il ilk rəsmi Braziliya Qran-prisinin qalibi olmuşdur.
Bütün Cənubi Amerika avtodromları kimi İnterlaqos trasıda böyük şəhərlərdə, əhalinin sıx olduğu yerlərdə salınırdı. Buna görə onların izləyici sayı çox böyük olurdu.
1978-ci ildə qran-prinin trası bir illiyə dəyişdirilərək Rio-de-Janeyro şəhərindəki Jakarepaqua trasına keçirildi. Bunun səbəbi San-Pauludakının təhlükəsizlik problemləri ilə bağlı idi. 1979-cu ildə qran-pri yenilənmiş İnterlaqos trasına qaytarıldı. Ancaq İnterlaqosda yolun düzlüyü ilə bağlı problemlər meydana gəlmişdi. Belə qərar alındı ki, qran-pri növbəli şəkildə hər iki trasda keçrilsin. 1980-ci ildə Jakarepaqua trasında çökmə yarandığından yarış İnterlaqosda keçirilməli idi. Ancaq son illərdə San-Paulu şəhərinin əhalisinin artması, avtodromun ətrafında gecəqonduların yaranması Formula 1 yarışlarının görünüşünə zərər vururdu. İnterlaqosda keçirilən qran-pri yenidən pilotların tənqidinə səbəb oldu. Beləki yolun kələ-kötürlüyü avtomobillərdə silkələnmə yaradırdı. Əsasəndə qanadlı bollidlər bu cür trasada çox böyük çətinliklərlə üzləşirdilər. 1981-1989-cu illər arasında qran-pri ardıcıl olaraq Rioda keçirildi. İnterlaqosa qayıdış 1990-cu ildə baş tutdu.
1987-ci ildə İnterlaqos avtodromunun adı 1977-ci ildə aviasiya qəzasında vəfat edən braziliyalı pilot Xose Karlos Pasenin şərəfinə dəyişdirildi.
1990 qran-priləri üçün San-Paulu trasında müəyyən dəyişikliklər edildi. Uzun üfüqi yollar ləğv edilərək onun əvəzinə oxşar ancaq daha qısa yol və S-formalı döngə daxil edildi.
1994-cü ildən etibarən adətən bu qran-prinin qalibi mövsümün sonu Formula 1-in çempionu olurdu. İstisna olaraq Felipe Massanın 2006 və 2008-ci illərdəki qalibiyyəti ona çempionluğu qazandırmadı.
Qaliblər
Pilotlar
Qalibiyyət sayı Pilot Qran-pri 6 Alen Prost 1982, 1984, 1985, 1987, 1988, 19904 Mihael Şumaher 1994, 1995, 2000, 2002 3 Karlos Royteman 1977, 1978, 1981 Sebastyan Fettel 2010, 2013, 2017 2 Emerson Fittipaldi 1973, 1974 Nelson Pike 1983, 1984 Naycell Mensel 1989,1991 Ayrton Senna 1991, 1993 Mika Hakkinen 1998, 1999 Xuan Pablo Montoya 2004, 2005 Felipe Massa 2006, 2008 Mark Uebber2009, 2011 Niko Rosberq 2014, 2015 Lyuis Hemilton 2016, 2018 Maks Ferstappen 2019, 2023
Komandalar Qələbə dayı Komandalar İl 12 Mclarem 1974, 1984, 1985, 1987, 1988, 1991, 1993, 1998, 1999, 2001, 2005, 2012 11 Ferrari1976, 1977, 1978, 1989, 1990, 2000, 2002, 2006, 2007, 2008, 2017 6 Williams 1981, 1986, 1992, 1996, 1997, 2004 5 Red Bull 2009, 2010, 2011, 2013, 2019 4 Mercedes2014, 2015, 2016, 2018 2 Brabham 1975, 1983 Renault 1980, 1982 Benetton 1994, 1995
İstinadlar
formula1.com Braziliya Qran-prisi Braziliya Qran-prisi faktları formula1.com Braziliya Qran-prisinin qalibləri və məğlubları
Həmçinin bax "Formula-1" Qran-pri siyahısı
Kateqoriya:Formula 1 Qran-priləri