Qreta Tunberq (; ) — İsveç iqlim fəalı. Təbiət mühafizəçisi 2018-ci ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib. Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib.

Həyatı Qreta Tintin Eleonora Ernman Tunberq 2003-cü ildə İsveçdə doğulub. Onun anası opera müğənnisi Malena Ernman, atası isə aktyor Svante Tunberqdir. Aktivistin babası da sənət adamıdır, Olof Tunberq aktyor və rejissordur.

İqlim dəyişikliyi, qlobal istiləşməyə etiraz edən Qretanın fəaliyyətinin ilkin mərhələsi "İqlim üçün məktəb tətili"dir. Qreta Tunberq 2018-ci ildə cümə günləri məktəbə getməyəcəyini bəyan etməklə dünyada məşhurlaşıb. Bu yolla o, iqlim dəyişikliyi və ekologiya problemlərinə diqqət çəkmək istəyib. Sayılı aylar ərzində ona dəstək hərəkatı qlobal miqyas alıb.https://jam-news.net/16-yasli-qreta-tunberq-bmt-kursusundən-dunya-liderlərini-satqinliqda-gunahlandirib/?lang=az-AZ thumb Qreta Tunberqə Asperqer sindromu (autizmin yüngül formalarından biri) diaqnozu qoyulub. Bu diaqnozlu insanlar ünsiyyət problemi yaşayırlar, amma rasional təfəkkürə, analitik zəkaya malik olur və çox vaxt elmdə böyük uğurlar qazanırlar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aktivistlər Kateqoriya:Autizm Kateqoriya:Time jurnalının "İlin adamı" Kateqoriya:Ətraf mühitin mühafizəsi