Yekaterina Qabaşvili (tam adı: Yekaterina Revazovna Qabaşvili, ; ) — Gürcüstan yazıçısı və ictimai xadimi. Qadın hüquqlarının müdafiəsində ilk Gürcü feministlərdən və aktivistlərdən biri.Новая Российская энциклопедия: в 12 т. / Редкол.: А. Д. Некипелов, В. И. Данилов-Данильян, В. М. Карев и др. — М.: ООО «Издательство „Энциклопедия“» Т. 2 А — Баяр, 2005. — 960 с.: ил.

Qabaşvili knyaz nəslindən olan Yekaterina Revazovna Qabaşvili Aristokrat ailədə anadan olub. Gürcüstanın tənqidi realizminin tanınmış nümayəndələrindən biri olmuşdur. Gürcü ədəbiyyatına ilk o, kiçik bir nəsr janrını -qısa hekayə, esse təqdim etmişdir. Yazıçının ədəbi fikirləri rus inqilabçı demokratların və XIX əsrin "altmışlar"ın təsiri altında formalaşmışdır.Yaradıcılığına İlya Qriqoryeviç Çavçavadzenin xüsusi təsiri olmuşdur. Tbilisidə Didube panteonuda dəfn edilib. Oğlu, Revaz Qabaşvili tanınmış gürcü publisisti və siyasətçisidir.

Yaradıcılığı 1870-ci ildə "Droyeba" ("Vaxt") qəzetində yazıçı kimi başlamışdır. Müharibə öncəsi Gürcüstanda kənd müəllimlərinin və kəndli həyatının qayğısı ilə bağlı bir neçə sentimental roman və hekayənin müəllifidir. Əsərlərində köçkünlərin həyatını, Gürcüstan kəndinin sosial və iqtisadi ziddiyyətlərini ("Didichevi romanı", 1881, "Kona", 1881, "Oren və Kucha", 1883) , öz güclərini xristianlığa həsr etmiş kəndli ziyalı nümayəndələrinin obrazlarını ("Kənd müəllimləri" ("Soplis Mastsavlebeli"), "Qamardjvebuli Niko" və digərləri) təsvir etmişdir. Bir sıra romanlarında sosial bərabərsizlik şəraitində qadınların faciəli taleyini ("Müxtəlif nikahlar" ("Sxva da sxva qvari kortsili") 1881, "Buludlu" ("Prtebdaqledjili") 1912), Gürcü feodal aristokratiyası parçalanma prosesini ("Benaur № 3", 1898) əks etdirir. Bundan əlavə, o, uşaqlar üçün hekayələr ("Lurdja Maqdana", "Mşieradze ailəsi", "Tinas Lekuri", "Çveni kaklis heh" və s.) yazmışdır. Они внесли весомый вклад в грузинскую литературу Həyatının sonunda, o, maraqlı xatirələr və seçilmiş əsərlərin bir neçə toplusunu nəşr etdi. 1955-ci ildə Qabaşvilinin ən gözəl hekayələrindən birinə əsasən kinorejissorlar Tengiz Abuladze və Rezo Çxeidze, Kann beynəlxalq kinofestivalı (1956) və Edinburq Beynəlxalq Film Festivalı (1956) ilə mükafatlandırılmış " Maqdananın Lurcası " filmini çəkdilər.

İstinadlar

Xarici keçidlər Best Read, Ekaterine Gabashvili, მაგდანას ლურჯა

Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Gürcüstan zadəganlığı Kateqoriya:XIX əsr qadın yazıçıları