Pararammelsbergit — mineral, NiAs2
Haqqında Pararammelsbergit rammelsbergitə nisbətən daha aşağı temperaturlu və davamlı olan elementar özək parametrlərinə görə fərqlənən modifikasiya. Rombik, psevdorombik. Habitus lövhəvari. Ayrılması {001} üzrə mükəmməl. Aqreqatı dənəli. Rəngi qalayı-ağ, cizgisi bozumtul-qara. Parıltısı metallik. Sərtliyi 5-6. Xüsusi çəkisi 7,12. Ag-Ni-Co formasiya yataqlarında; xloantit və nikelini əvəz edir.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Sulfidlər (minerallar)