Periklaz — mineral, MgO.

Haqqında Periklaz - Mg qismən Fe2+-la (ferriperiklaz), həmçinin Zn və Mn2+-la əvəz olunur. Kubik. Kristal­ları oktaedrik, bəzən kubik və dodekaedrik. İkiləşməsi {111} üzrə (şpinel qanunu). Ayrılması {100} üzrə mükəmməl, {111} üzrə qeyri-mü­kəmməl. Aqreqatı dənəvər. Rəngsiz, ağ, sarı, qəhvəyi, yaşıl. Parıltısı şüşəli. Sərtliyi 5,5-6. Xüsusi çəkisi 3,6. Metamorfikləşmiş əhəngdaşları və dolomitlərdə, maqneziumlu skarnlarda və brusitli mərmərlərdə, serpentinitlərdə. Forsterit, maqnezit, xondrodit və başqaları ilə assosiasiya.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Oksidlər (minerallar) Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Lüminessensiya mineralları Kateqoriya:Kubik sinqoniya mineralları