Maks Amini (; ; 20 sentyabr 1981, Tuson, Arizona) — İran (fars və azərbaycanlı) əsilli ABŞ komediyaçısı. O, ən çox dünya turu edən Ayaqüstü komediya ustası kimi tanınır.

Həyatı Maks Amini Arizona ştatının Tuson şəhərində doğulub. Onun validenyləri 1979-cu il İran İslam inqilabı zamanı Arizonaya mühacirət ediblər.

O, Vaşinqtonda orta məktəbdə oxuyub, sonra Kaliforniyaya köçüb və 2004-cü ildə Kaliforniya Universitetinin Teatr, Film və Televiziya Məktəbini bitirib.

Onun atası İsfahandan olan etnik fars, anası isə Təbrizdən olan İran azərbaycanlısıdır.

Əmək fəaliyyəti Maks Amini Ayaqüstü (stand-up) komediya üslubunda fəaliyyətinə 2002-ci ildə Los-Angeles Improv"da başlayıb, burada "Exotic Imports" (Ekzotik İdxallar) adlandırdığı Ayaqüstü komediya turu təşkil edərək, o vaxtdan bütün dünyada bu üslubda çıxış edir.

Amininin bir neçə saatlıq komediya proqramları var ki, o, bu proqramlarla qastrol səfərlərinə davam edir, "Hollivud Gülüş Fabrikası"nda (Hollywood Laugh Factory) müntəzəm olaraq bu proqramlarla iştirak edir. O, hazırda Avropa, Yaxın Şərq və Asiya ölkələrini əhatə edən qastrol səfərləri ilə bütün dünyada öz şouları ilə çıxışlar edir. thumb|Max Amini filmdə O, 2010-cu ildə “Abstraction Media” adlı prodüser şirkəti qurub və “Amerikanın Səsi”, “Discovery” və sair bu kimi şəbəkələrə layihələr satıb.

O, "NBC" Qəhrəmanları, Netflix-in Rob Schneider ilə "Real Rob" filmi, "Comedy Central"ın "Mind of Mencia" filmi və 2010-cu ildə yayımlanan "Beer Pong Saved My Life" filmindəki baş rolu da daxil olmaqla kino və televiziyada öz dəst-xətti olan aktyordur.

2015-ci ildə o, DVD-də Rob Şnayderin idarə etdiyi "Maks Amini: Əsl cəfəngiyyat" ("Max Amini: Authentically Absurd") adlı 2 saatlıq xüsusi Ayaqüstü komediya proqramını buraxdı.

Digər layihələri 2022-ci ildə efirə "Netflix"də getmiş orijinal xüsusi Ayaqüstü komediya proqramının, "Enissa Amani: Ehrenwort" və "Ceyms İkinci" bədii filmlərinin rejissorluğu olmuşdur.

O, NBC-nin Qəhrəmanları, "Netflix"in Rob Schneider ilə Real Rob və “Comedy Central”ın “Mind of Mencia” kimi şoularda çıxış edib. “Los Angeles Times”ın komediya tənqidçisi “Ford Hopkins” Amini " Endrü Şults tərəfdaşı" kimi təsvir edib və onu 2024-cü ildə "Azbüdcəli ən yaxşı Komediyaçı" siyahısına daxil edib. Spayksın Maşın Radiosu ("Spike's Car Radio Podcast") verilişində bir epizodunda Cerri Seynfeld özü Maks Aminini ən çox izlənilən komediyaçılardan biri adlandırıb.

Filmoqrafiyası +YearTitleRoleComments2003LuisIce-cream manTV Series2003Shakespeare's MerchantBenicio2006HeroesCabbieTV series, 2 episodes2007-2008Mind of MenciaAhmad, Dave Dater, Joel, Chief WizardTV series, 7 episodes2010Beer Pong Saved My LifeEric2012-2013Geo's PizzaThe Armenian, Masked manTV series, 5 episodes2015Max Amini: Authentically AbsurdSelfStand-up special, DVD2015-2017Real RobStalker, Stalker SteveTV series, 9 episodes2023The Unseen Prince: Reza PahlaviDirector, Host2024Bad AdviceDahvieTV series, 1 episode

İstinadlar

Kateqoriya:ABŞ azərbaycanlıları Kateqoriya:Komediyaçılar Kateqoriya:İran şəxsləri