Ağ göl — Azərbaycanın Ağcabədi və Beyləqan rayonlarının ərazisində göl.
Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, eləcə də digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.Azerbaijan – download georeferenced map set Retrieved on October 8, 2010 Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, 2001-ci il 25 may tarixində "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının "Ramsar Siyahısı"na daxil edilmişdir.Socio-economic Situation and Land Use Conflicts in the Ag-Göl National Park Region, Azerbaijan Parks, Reserves, and Other Protected Areas in Azerbaijan Retrieved on October 8, 2010
Fiziki-coğrafi şəraiti Ağ göl dəniz səviyyəsindən aşağıda yerləşir. O, əsasən, Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranmışdır. Belə ki zaman-zaman bu çayların mütəmadi və güclü mövsümi daşqınları ətrafdakı böyük çalaları dolduraraq orta dərinlikli, sahəsi o qədər də böyük olmayan göllər yaratmışdır. Mingəçevir hidrosisteminin (1953) və Araz su anbarının (1979) inşaları bu göllərin böyük əksəriyyətinin qurumasına səbəb olmuşdur. Nəticədə Mahmudçala, Ağçala, Şilyan gölləri bataqlıqlaşmış, Sarısu, Ağgöl, Mehman göllərinin hidroloji rejimi köklü dəyişmişdir. Hazırda bu göllərin su balansı duzlu kollektor suları hesabına tənzimlənir.History of Ganja Retrieved on October 8, 2010
Göllərin duzluluğu 5-10 q/l, orta dərinliyi 0.8 m, maksimal dərinliyi 2.5 m-dir. Ağgöl vahid açıq su hövzəsi deyil. O, bir neçə adaları birləşdirən böyük (50 ha) su hövzəsidir. Bu hövzələr bir-birləri ilə sıx qamışlıqlarla əhatə olunmuş axarlarla birləşir. Hər bir hövzədə sahəsi 2-10 ha olan çoxlu sayda ada mövcuddur. Bu adalar qamış, şoranotu, taxıl bitkiləri və müxtəlif otların sıx formasiyaları ilə örtülmüşdür. Şərqdən qərbə doğru uzanan, kələ-kötür sahil xətlərinə və xırda "körfəzciklər"ə malik olan bu göllər sisteminin uzunluğu 25 km, eni isə 1,4–5 km-dir.Azərbaycanın çayları, gölləri və su anbarları Retrieved on October 8, 2010
Lal axan göllərə aid olan Ağ göl suyunun axın sürəti 0.5 – 0.7 m/san-dir. Gölün dibi hamar səthli, boz lildən yaranmış yapışqanlı qruntdan ibarətdir.
Qorunması Gölün qorunmasında ilk addım 1964-cu ildə 9173 hektar sahədə Ağ Göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ Göl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ Göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi milli park elan edilmişdir. Milli park əhalinin ekoloji maarifləndirilməsi baxımından da olduqca əhəmiyyətlidir və bu istiqamətdə parkda xeyli iş görülür. Ərazidə vaxtaşırı olaraq ekoloji monitorinqlər keçirilir, zədələnmiş təbiət kompleksləri və obyektlər bərpa olunur.
Milli parkda turizm fəaliyyətilə məşğul olmaq üçün də geniş imkanlar var.
İstinadlar
Həmçinin bax Ağ göl milli parkı Göy-göl
Kateqoriya:Ağcabədi rayonunun gölləri Kateqoriya:Azərbaycanda Ramsar yerləri Kateqoriya:Torpaq sürüşməsi gölləri Kateqoriya:Kürün hövzəsi