Ümumdünya tarixinə nəzər — Cəvahirləl Nehrunun həbsdə ikən qızı İndira Qandiyə 1930-1933-cü illərdə yazdığı məktublardan ibarət, 1934-cü ildə nəşr edilmiş kitab .
Məzmun
Kitaba dünyanın görkəmli siyasi xadimlərindən biri, Hindistan milli-azadlıq hərəkatının lideri və ilk baş naziri olmuş Cəvahirləl Nehrunun məhbəsdə ikən qızı İndira Qandiyə (1980-1984-cü illərdə Hindistanın baş naziri olmuşdur) yazdığı məktublar daxil edilmişdir. Əsərdə həmçinin, bəşər sivilizasi-yasının ikinci dünya müharibəsinə qədərki tarixinin əsas hadisələri qısaca şərh şəklində oxuculara təqdim olunub.
Nəşr və tərcümə
Kitab Tahir Paşazadə tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 19866-cı ildə Gənclik nəşriyyatında, 2006-cı ildə Şərq-Qərb nəşriyyatında 344 səhifədə, 25 000 tirajla, 2018-ci ildə Bakı Kitab Klubunda 420 səhifədə nəşr edilib.
İstinadlar
Həmçinin bax
Dünya tarixi
Xarici keçidlər