Samtavro monastırı () - Gürcüstanın Mtsxeta şəhərindəki Samtavro Transfiqurasiya Kilsəsi və Müqəddəs Ninonun Rahibə monastırını birləşdirən pravoslav xristian monastır kompleksidir. 4-cü əsrdə Kral III MirianRapp, Stephen H. (2003), Studies In Medieval Georgian Historiography: Early Texts And Eurasian Contexts, pp. 293-295. Peeters Publishers, Toumanoff, Cyril (1967). Studies in Christian Caucasian History, pp. 83-84, 377. Georgetown University Press. tərəfindən inşa edilən və XI əsrdə Kral I George və Katolikos-Patriarx Melkisedek tərəfindən yenidən qurulan Samtavro UNESCO Ümumdünya irsinə daxil olan tarixi memarlıq abidəsidir. Məşhur gürcü rahib Müqəddəs Qabriel Samtavro kilsəsinin həyətində dəfn edilmişdir.

Tarixi Samtavro monastırı Tiflisdən 20 km aralıda, Kür və Araqvi çaylarının birləşdiyi Msxeta şəhərində yerləşir. Monastır Bütün Gürcüstanın Katolikos-Patriarxı və Mtsxeta və Tiflis yepiskopu II İlyanın səlahiyyətindədir. Köhnə mənbələrdə Mtsxeta İkinci Qüds adlanır.

Gürcüstanda (İberiya) xristianlığın yayılması 324-cü ildə, Kral 3-cü Mirianın hakimiyyəti dövrünə təsadüf edir.Lang, David Marshall (1956), Lives and legends of the Georgian saints, pp. 13-39. London: Allen & UnwinMachitadze, Archpriest Zakaria (2006), "The Feast of the Robe of our Lord, the Myrrh-streaming and Life-giving Pillar, Equals-to-the-Apostles King Mirian and Queen Nana, and Saints Sidonia and Abiatar (4th century)" , in The Lives of the Georgian Saints . Pravoslavie.Ru. Retrieved on April 15, 2009. Belə ki, kappadokiyalı bakirə və həvarilərə-bərabər sayılan Müqəddəs Nino hazırda monastırın olduğu yerdə kiçik bir böyürtkən kolunun yanında xristianlığın təbliğinə başlamışdır.

IV əsrin 30-cu illərində tikilən kilsəyə Kral Mirian və kraliçası Nananın basdırılması Samtavronu ən yüksək ierarxlarının dəfn məqamına çevirmişdi.Thomson, Robert W. (1996), Rewriting Caucasian History, pp. 83-90. Oxford University Press, Uzun müddət Samtavro xristian kilsəsinin mərkəzi idi və səxavətli ianələr sayəsində Gürcüstanın ən zəngin kilsələrindən biri hesab olunurdu.

Gürcüstan salnamələrində Kral Mirian belə demişdir:

"Mən bu böyürtkən kolunun yanında kiçik bir kilsə(Makvlovanidəki kiçik kilsə nəzərdə tutulur) , özüm və gürcü xalqı üçün isə  yuxarı kilsəni (Samtavro) tikdim. Aşağı kilsə (Svetitsxoveli) müqəddəslərin müqəddəsi adlanır və buna görə mən heç vaxt onun müqəddəs qapılarına toxunmağa cürət edə bilməzdim ”

Əsrlər boyunca həm zəlzələlər nəticəsində, həm də düşmənlər tərəfindən dağıdılan kilsə XII əsrin birinci yarısında, I Georgenin hakimiyyəti dövründə bərpa edilərək genişləndirildi və cənub qapıları əlavə edildi. Katolikos Melçizedekin fərmanı ilə kilsənin həm içi, həm də çölü orijinal bəzək əşyaları ilə bəzədildi.

XIX əsrin ikinci yarısında  Müqəddəs Nina monastırı baş rahibə Nino Amilaxvari tərəfindən yenidən quruldu. Burada qızlar üçün 4 illik ibtidai təhsil verən kilsə məktəbi də təsis edildi, sonradan isə Tbilisiyə köçürüldü.

1994-cü ildə Samtavro monastırı Msxetadakı digər tarixi abidələrlə birlikdə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Memarlığı Çox rəngli Samtavro kompleksində bu gün Transfiqurasiya kilsəsi, kiçik Nina Kilsəsi (Makvlovani), zəng qülləsi, qüllə-qala, XV əsrdən bir kilsə ikonostazası və XVII əsrdən qalan freskalar qorunur. Cənub qapısında Müqəddəs Maykl Arçangel Kilsəsi ; şimal qanadında iki kilsə var; Vəftizçi Yəhyanın şərq kilsəsi və Müqəddəs Con Xrisostomun qərb kilsəsi. Əsas qurbangahın solunda başqa bir qurbangah, sağda isə Müqəddəs Mirian və Nana kilsələri var.

Kilsə gürcü memarlığına məxsus orijinal naxışla bəzədilmiş xaç şəklidir. Silindr qülləsi XVIII əsrdə, zəng qülləsi isə XV-XVII əsrlərdə inşa edilmişdir.

Həmçinin bax Cvari monastırı Svetitsxoveli kafedralı

İstinadlar

Xarici keçidlər Samtavro monastırı Православие.Ru saytında Samtavro monastırı Mygeotrip saytında Samtavro monastırı Georgianholidays saytında Müqəddəs Qabrielin veb saytı Samtavro monastırı

Kateqoriya:XI əsrə aid kilsələr Kateqoriya:IV əsrə aid monastırlar Kateqoriya:Gürcüstandakı ümumdünya irsi Kateqoriya:Avropada kral nəsillərinin dəfn yerləri