Mayski () — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Mayski rayonunun inzibati mərkəzidir.
Coğrafiya Mayski şəhəri eyni adlı rayonun mərkəzi hissəsində, Çerek və Terek çayları arasında yerləşir. Respublikanın paytaxtı Nalçikdən 45 km şimal-şərqdə, Proxladnı şəhərindən 12 km cənubdadır.
Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Kotlyarevskaya, cənub-qərbdə Psıkod, qərbdə Novo-İvanovo, şimal-qərbdə Oktyabrski, şimalda Sarskoye, şərqdə Krasnoarmeyskoe və Djulat.
Şəhər respublikanın düzənlik zonasında, Kabardın malli düzənliyində yerləşir Şəhərdəki orta hündürlük dəniz səviyyəsindən 217 metrdir.
Şəhərdəki hidroqrafik şəbəkəsi Çerek, Terek və Demenyuk çayları ilə təmsil olunur. Həmçinin şəhərdə bir çox süni su tutarları mövcuddur. Ərazisi yeraltı mənbələrlə və şirin su ehtiyatları ilə zəngindir. Şəhərdəki yeraltı suların dərinliyi cəmi 2-3 metrdir.
Yarı quru mülayim zonada yerləşir «World Map of Köppen−Geiger Climate Classification». Yayı isti keçir. İyul-avqust aylarında isə temperatur tez-tez + 35 °C-dən yüksək olur. Yanvar ayının orta temperaturu + 1 °C ... -3 °C arasında dəyiişir. Qışı mülayimdir. Qışda temperatur nadir hallarda −15 °C-dən aşağı olur. Şəhər infrastrukturu belə temperatur üçün nəzərdə tutulmamışdır. Orta illik yağıntının miqdarı təxminən 600 mm-dir. Aprel-iyul aylarında aramsız yağışlar, avqust ayında isə Xəzər ovalığından əsən quru küləklər müşahidə olunur.
Tarixi 1938-ci ildə Mayski şəhər tipli qəsəbə statusunu alır və Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının Mayski rayonunun inzibati mərkəzi olur.
Böyük Vətən Müharibəsi zamanı qəsəbə təxminən üç ay Alman qoşunları tərəfindən işğal altında olur. Ancaq qəsəbənin iqtisadiyyatına ciddi ziyan dəymir.
1965-ci ildə Mayski qəsəbəsi şəhər statusunu alır və Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası tərkibində respublika tabeli şəhərə çevrilir.
Əhali Urbanizasiya 2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 541-ci yerdədir. Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %ruslar 18 736 70,0 %türklər 3 056 11,4 % kabardinlər 1 503 5,6 %koreyalılar 891 3,3 %qaraçılar 763 2,9 %ukraynalılar 325 1,2 %digərləri 1 481 5,5 %ümumi 26 755 100,0 % Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 2 654 2 613 5 267 19,7 % 15 — 59 yaş 7 647 8 946 16 593 62,0 % 60 yaşdan yuxarı 1 681 3 214 4 895 18,3 % ümumi 11 982 14 773 26 755 100,0 % Kişilər — 11 982 nəf. (44,8 %). Qadınlar — 14 773 nəf. (55,2 %).
Əhalinin orta yaşı — 38,3 yaş. Kişilərin orta yaşı — 35,8 yaş. Qadınların orta yaşı — 40,4 yaş.
Səhiyyə Mayski rayon xəstəxanası - Lenin k., 10. Ambulator şöbə - Lenin k., 7. Uşaq şöbəsi - Engels k., 58. Mayski Stomatoloji poliklinikası - Lenin k., 37 İstinadlar
Mənbə Городское поселение город Майский
Код ОКТМО Майский — город и район
Kateqoriya:Rusiyanın adı dəyişdirilmiş yaşayış məntəqələri Kateqoriya:Rusiya şəhərləri