Rapanuilər — Pasxa adasında yaşayan yerli xalq. Polineziya mədəniyyətinin ən şərqdə yerləşən nümayəndələri olan rapanuilərin 60%-ə yaxını Pasxa adasında, qalan hissəsi isə Çilinin materikdə yerləşən hissəsində məskunlaşmışdır. Yerlilər ana dilləri ilə yanaşı, Çili İspan dilində də danışa bilirlər. 2002-ci ildə aparılan siyahıya almaya görə 3304 nəfər rapanuili Pasxa adasının Hanqa Roa kəndində yaşayır. Rapanuilərin əsas gəlir mənbəyi adada yerləşən moai adlanan heykəllərə görə adaya gələn turistlərdən əldə olunan vəsaitdir.

Rapanui fəalları öz müqəddəratlarını təyin etmə və adaya sahib olmaq haqları üçün mübarizə aparırlar."The Situation of the Indigenous People of Rapa Nui and International Law: Reflections on Indigenous Peoples and the Ethics of Remediation" . Santa Clara Law Digital Commons. 2010-2011-ci illərdə Pasxa adasında dəniz parkının yaradılmasına etiraz edən rapanui fəalları ilə Çili polisi arasında toqquşmalar yaşanmışdır."Marine park divides Easter Island's indigenous Rapa Nui" . Al Jazeera."Rapanui: International Community Steps In To Stop Violence Against The Rapa Nui Nation". Indigenous Peoples Issues and Resources. February 8, 2011. Archived from the original on October 29, 2013.Reiny, Samson Kaala (December 23, 2010). "L.A. rally to draw attention to violent Rapa Nui evictions". The Hawaii Independent. Archived from the original on December 26, 2010.

Həmçinin bax Pasxa adası Moai Makemake (mifologiya) Makemake (cırtdan planet)

Xarici keçidlər Rapanui: The Edmunds and Bryan Photograph Collection—documenting Rapa Nui's archaeological wonders and everyday life during the early 1900s "Easter Island - Mysteries & Myths". Joseph Rosendo’s Travelscope. Archived from the original on 2013-06-15. - Includes interviews with Rapa Nui people

İstinadlar

Kateqoriya:Etnik qruplar Kateqoriya:Pasxa adası