sağ|thumb|300px|Qırmızı bölgələr Finlandiyadan Sovetlər Birliyinə Davam müharibəsindən sonra verildi. Porkkala 1956-cı ildə Finlandiyaya geri verildi.
Moskva Atəşkəs Müqaviləsi, Finlandiya ilə digər tərəfdən SSRİ və Birləşmiş Krallıq ilə 19 sentyabr 1944-cü ildə imzalanmışdır. Müqavilə ilə Davam müharibəsi başa çatmışdır.
Müqavilə şərtləri və sonrası 1940-cı ildə Moskva sülh müqaviləsi ilə Finlandiya Karelia və Salla bölgələrini və Fin körfəzində bir çox digər adaları SSRİ-yə vermişdi. Yeni atəşkəs ilə 1940-cı il müqaviləsinə sadiq qalındı, ayrıca olaraq Petsamo bölgəsini Sovetlərə vermiş Finlandiya Porkkala bölgəsini də Sovet İttifaqına 50 il müddətinə verdi. (Bölgənin idarəsi 1956-cı ildə Finlandiyaya buraxıldı).
Finlandiya Sovet İttifaqına müharibə təzminatı olaraq 6 il müddətinə 300.000.000 dollar ödəyəcəkdi. Atəşkəsdən sonra 1944–1945-ci illər arasında Lapland müharibəsi adlanan Finlandiyada qalmış Üçüncü Reyx əsgərləri ilə müharibə baş verdi
İstinadlar
Kateqoriya:1944-cü ildə SSRİ Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:Finlandiya–SSRİ münasibətləri Kateqoriya:SSRİ tarixi Kateqoriya:İkinci Dünya müharibəsinin müqavilələri Kateqoriya:İkinci Dünya müharibəsi sənədləri