Kröller-Müller Muzeyi () Hollandiyanın Otterlo bölgəsindəki Hoge Veluwe Milli Parkında yerləşən milli sənət muzeyi və heykəltəraşlıq bağıdır. İncəsənət kolleksiyaçısı Helen Kröller-Müller tərəfindən əsası qoyulan muzey, özünün və ərinin keçmiş mülkünün ərazisi (hazırda milli park) daxilində 1938-ci ildə açıldı. Van Qoq muzeyindən sonra Vinsent van Qoqun ən böyük rəsm kolleksiyasına sahibdir. Muzeyi 2015-ci ildə təxminən 380.000 nəfər ziyarət edib.
Tarixi Kröller-Müller Muzeyi Vinsent van Qoqu yaxından tanıyan və onun əsərlərini kolleksiya şəklində yığan H. P. Bremmer-in tövsiyəsi ilə həvəskar sənət kolleksiyaçısı Helene Kröller-Müller tərəfindən qurulmuşdur. 1935-ci ildə bütün kolleksiyasını Hollandiya dövlətinə bağışladı. 1938-ci ildə Henri van de Velde tərəfindən dizayn edilmiş muzey ictimaiyyətə açıldı. 1961-ci ildə heykəltəraşlıq bağı əlavə edilmiş və 1977-ci ildə Vim Qvist tərəfindən hazırlanmış yeni sərgi açılmışdır.
Kolleksiya Muzeydə Vincent van Qoqun "Kafe terasında gecə", Kədərlənən Qoca (Əbədiliyin qapısında) və Kartof Yeyənlərin bir versiyası kimi bəzi əhəmiyyətli rəsm əsərləri qorunub saxlanılır. Bu da muzeyi dünyada ikinci ən böyük (Amsterdamdakı Van Qoq Muzeyindən sonra) Van Qoq rəsmlərinin kolleksiyası olan muzeyə çevrilmişdir. Muzeydə Van Qoqun əsərlərindən başqa Piet Mondrian, Jorj-Pyer Söra, Odilon Redon, Jorj Brak, Pol Qogen, Lukas Kranax (böyük)Lukas Kranax, Ceyms Ensor, Juan Gris, Pablo Pikasso kimi rəssamların əsərləri var.
Heykəltəraşlıq bağı Kröller-Müller Muzeyi, 30 hektardan çox ərazisi ilə Avropanın ən böyük meşə parklarından birinin ərazisində yerləşən geniş heykəltəraşlıq bağı ilə də məşhurdur. Bağ Helen Kröller-Müllerin sənət, memarlıq və təbiət arasındakı simbioz konsepsiyasını əks etdirir. Kolleksiyaya Ogüst Roden, Henry More, Jan Dübüffe, Mark di Suvero, Lusio Fontana, Klaes Oldenburg, Fritz Votruba, Joyep van Liyeshout və daha bir çox sənətkərların əsərləri daxildir.
Kolleksiyadan seçilmiş əsərlər
Adminstrasiya year visitors 2012 307,000Top 55 Museumbezoek 2012 (), Nederlandse Museumvereniging, 2012. Mənbə 19 avqust 2013-cü ildə əldə tapılmışdır. 2013 330,000Daan van Lent & Pieter van Os, "Musea doen het goed: aantal bezoekers in 2013 fors gestegen " (), NRC Handelsblad, 2013. 3 avqust 2014. 2014 392,000 2015 380,000
Lisette Pelsers 2012-ci ildən bəri Kröller-Müller Muzeyinin direktor vəzifəsini icra edir.Birgit Donker, "Lisette Pelsers nieuwe directeur Kröller-Müller Museum " (in Dutch), NRC Handelsblad, 2011..
Muzeyin 2012-ci ildə 307.000, 2013-cü ildə 330.000, 2014-cü ildə 392.000, və 2015-ci ildə 380.000 ziyarətçisi olmuşdur.
Muzey 2013-cü ildə ölkə daxilində ən çox ziyarət edilən 12-ci muzey oldu.Daan van Lent & Pieter van Os, "Musea doen het goed: aantal bezoekers in 2013 fors gestegen " (in Dutch), NRC Handelsblad, 2013.
İstinadlar