Fyodor Erisman (əsl adı Fridrix Quldreyx) () — rus–isveç həkim-gigiyenisti. Rusiyada gigiyenanın banilərindən biri.

Bioqrafiyası 1865-ci ildə Sürix Universitetinin tibb fakültəsini bitirmiş, göz xəstəlikləri üzrə ixtisaslaşma keçmişdir. 1869-cu ildə Peterburqa gəlmişdir. 1873–74-cü illərdə Maks İosif Pettenkoferin yanında biliklərini təkmilləşdirmişdir. Rusiyada ilk dəfə olaraq "Gigiyena dәrsliyi" (1–3 c., 1872–77) nəşr etdirmişdir. 1879-cu ildə Moskvaya köçmüş və burada Aleksandr Poqojev, Yevqraf Osipov və Yevstafıy Dementyevlə birgə Moskva quberniyasının sənaye müəssisələrinin sanitariya müayinəsini apararaq, nəticələrini 17 cilddə və 2 əlavə buraxılışda nəşr etdirmişdir. 1882–96-cı illərdə Moskva Universitetinin gigiyena kafedrasında professor işləmişdir. Moskvanın su kəmərinin, kanalizasiyasının və suvarma tarlalarının bir sıra sanitariya məsələlərini və məktəb gigiyenası problemlərini işləyib hazırlamışdır. 1896-cı ildə polis tərəfindən həbs olunan tibb fakültəsi tələbələrini müdafiə etdiyinə görə universitetdən kənar edilmiş və Sürixә köçmüşdür. Rusiyada gigiyenistlər məktəbi yaratmışdır.

İstinadlar