Dikanka () — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun "Dikanka yaxınlığında xutor axşamları" əsəri ilə tanınır.

Ümumi məlumat Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.

Tarixi Dikanka toponiminin mənşəyi barəsində bir neçə versiya mövcuddur. Bəziləri qəsəbənin adını ərazidə mövcud olmuş sıx meşə massivi ilə əlaqələndirirlər. Digərləri isə Dikan soyadı ilə bağlılığın olduğunu ehtimal edirlər. Məhs bu soyadlı ailələr kəndin ilk sakinləri olmuşdur. Müasir dövrdə Dikanka ərazisində bu soyada rast gəlinirЯнко М. Т. Топонімічний словник України: Словник-довідник. — К.: Знання, 1998. — 432 с. (115 с.). V. Krivoşeyanın tarixi sənədlərində göstərilir ki, kənd ərazisində ilk məskunlaşan kazak Yahno Dikanenko olmuşdur.

İlk dəfə Dikanka haqqında 1658-ci ildə, Samuila Veliçkonun əlyazmalarında məlumat verilir. Dikanka kəndi yaxınlığında 1658-ci illərdə poltavalı polkovnik Martına Puşkar və getman İvan Vıqıvskinin dəstəsi arasında döyüş baş tutmuşdurВасиленко В. И. Диканька // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.. O gündən döyüş sahəsi Serbinski adlanır. Ərazidə Serbinski qardaşlıq məzarı var.

Əhalisi 1957-ci ildən kəndə şəhər tipli qəsəbə statusu verilmişdir. 1959-cu ildə Dikankanın əhali sayı 5552 nəfər olmuşdur. 1989-cu ildə isə əhali sayı 8863 nəfər idi. 2001-ci ilin ümum ukrayna siyahıyaalınmasına görə əhali sayı 8468 nəfər olmuşdurСайт Верховной рады Украины..

Ədəbiyyat Диканька // Географічна енциклопедія України. — Т. 1. — К., 1989. — С. 321. Жук В. Н. Диканька: Історико-краєзнавчий нарис. — Харків, 1973. Ханко О. В. Дрібна керамічна пластика XVІІ-ХІХ ст. із Диканьки та інших гончарських центрів Поворскля // Археологічний літопис Лівобережної України. — 1998. — № 1–2 (3–4). — С. 170–171. Туристическими тропами Диканщины. Путеводитель. — Полтава, 2008. Швец Т. Д. Церковь Святителя Николая в посёлке Диканька Полтавской области // Филокартия. — 2009. — № 2 (12). — С. 36–37.

İstinadlar

Kateqoriya:Ukrayna qəsəbələri Kateqoriya:Poltava vilayəti