Mahmud bəy Həsənəli bəy oğlu Vəlibəyov () — Sankt-Peterburq Universitetinin məzunu, notarius.

Həyatı Mahmud bəy Həsənəli bəy oğlu Vəlibəyov 1884-cü ildə Cavanşir qəzasının Xocalı kəndində anadan olmuşdu. Şuşa şəhər real məktəbini, sonra gimnaziyanı bitirmişdi. 1908-ci ildə Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. 1914-cü ildə buranı tamamladiqdan sonra, Azərbaycana qayıtmış və Bakı şəhərində notarius vəzifəsində iş fəaliyyəyinə başlamışdı. Azərbaycanın ilk notariusudur. Mahmud bəy 1946-cı ildə vəfat edib.

Ailəsi Mahmud bəy Məhbubə xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Həsənəli bəy, Hüseyn bəy, Vəli bəy, Rüstəm bəy adlı oğulları vardı.

Mənbə Ənvər Çingizoğlu, Vəlibəyovlar, "Soy" elmi-kütləvi dərgi, 2011, № 2, səh. 3–19.

İstinadlar

Kateqoriya:Kiyevdə təhsil almış azərbaycanlılar