Sergey Yevgeneviç Aleynikov (; 7 noyabr 1961, Minsk, BSSR) — Sovet və Belarusiya SSRİ millisinin oyunçusu. Müdafiəçi və yarımmüdafiəçi mövqeyində oynamış. Oyun karyerasını başa vurduqdan sonra məşqçiliklə məşğul olmuşdur.

Bioqrafiyası 11 yaşından etibarən Sergey bir çox məşhur futbolçunun oynadığı Minsk SDYŞOR-5-də futbol oynamağa başlamışdır. Tezliklə Minskin Dinamo klubunda düblunu həyata keçirdi. 1981-ci ildə 19 yaşlı Aleinikov əsas komandanın baş məşqçisi Eduard Malofeyevin rəhbərliyi altında məşq etmiş, ancaq mövsümün sonuna kimi bir neçə dəfə meydanda çıxa bilmişdir.

1982-ci ildə Minsk klubu tarixində ilk dəfə SSRİ çempionluğunu qazandı və Sergeyin bu uğurda əməyi böyük idi. Meydanda tez-tez görünməməsinə baxmayaraq (ümumilikdə 34 matçdan 21-də oynamışdı), 8 qol vurmağı bacarmışdır. "Spartak" klubuna qarşı keçirilən çempionatın son turunda qapıçı Rinat Dasayevin qoruduğu qapıya qol vuraraq hesabı 4: 1 çatdırdı. Ancaq bundan sonra moskvalılar fərqi minimuma endirməyə müvəffəq oldular və oyun 4:3 hesabı ilə başa çatdı və Aleynikov "qızıl" qol vuraraq komandasına qələbə qazandırdı.

1989-cu ildə Aleynikov 4 milyon dollar müqavilində Yuventus klubuna transfer oldu«Спорт-Экспресс Футбол». — № 13. — 22 июня 1999. Yarımmüdafiəçinin uyğunlaşmasına komanda yoldaşı Aleksandr Zavarovun böyük rolu olmuşdur.

Sergey əsas heyətdə omağı bacardı və bir mövsümdə İtaliya kubokunda və UEFA kubokunu qazanmağı bacardı. Ancaq mövsüm sonunda Aleynikov komandanı tərk etmək məcburiyyətində qaldı. Bir versiyaya görə, buna səbəb Sergeyi komandaya dəvət edən baş məşqçi Dino Zoffun vəzifəsindən getməsi olub.

Futbol karyerasını başa vurduqdan dərhal sonra Aleynikov İtaliyada həvəskar komandalarln məşqçisi olmasına qərar verdi. Bundan sonra o, qısa müddətə Rusiya Torpedo-Metallurq və Vidnoe komandalarına rəhbərlik etsə də uğur qazana bilmədi.

2003-cü ildə İtaliyaya qayıtdı, burada Lecce və Juventus klub akademiyalarında çalışdı, sonra yenidən həvəskar komandalara məşq etdi. Məşqçilik karyerasında son klubu 2014-cü ildə baş məşqçi olduğu Litvanın Daynava olmuşdur.

Xarici keçidlər

Алейников за границей Биография С. Алейников, Д. Беленький. И жизнь, и слёзы, и футбол… С.Алейников: «На моём имени заработали миллион» — «Русский курьер»

İstinadlar

Kateqoriya:Belarus futbolçuları Kateqoriya:UEFA Yubiley Mükafatı sahibləri Kateqoriya:Yaponiyada legioner futbolçular Kateqoriya:Legioner Belarus futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Leççe FK futbolçuları Kateqoriya:UEFA Avro 1992 futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası məşqçiləri Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:Dinamo Minsk FK futbolçuları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:UEFA Avro 1988 futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri