Darya Sergeyvna Naumova (; doğ. 26 avqust 1995-ci il, Potoka, Mogilyev vilayəti, Belarus) — Belarusiyalı ağır atlet. 75 kq çəki dərəcəsində çıxış etmişdir. 2016 Yay Olimpiadasının gümüş mükafatçısı. 2019-cu il Aropa çempionu. 2018-ci il dünya çempionatının mükafatçısı. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası.
Bioqrafiyası Darya Naumova 26 avqust 1995-ci ildə Mogilev vilayətinin Potoka kəndində anadan olmuşdur. Sloboda əsas məktəbində oxumuşdur. Məktəbdə Daria çəkic və disk atmaqla məşğul idi. Sonra ağır atletikaya keçdi. Bobruysk Olimpiya Ehtiyatları Məktəbini bitirmişdir. Hal-hazırda A. A. Kuleshov adına Mogilev Dövlət Universitetinin Bədən tərbiyəsi fakültəsində oxuyur. Bobruyskidə yaşayır.
2012-ci ildə 69 kq çəki dərəcəsində gənclər arasında keçirilən Avropa çempionatında debüt etdi. Sonradan 75 kq çəki dərəcəsində çıxış etməyə başladı.Наумова Дарья чемпионате Европы среди юношей, среди девушек наверно? или она с юношами соревновалась?
2018-ci ilin noyabr ayının əvvəlində Aşqabadda keçirilən Dünya Çempionatında Darya 81 kq çəki dərəcəsində 245 kq çəkərək gümüş medal qazandı. Eyni zamanda, təkanla qaldırmaqda 137 kq çəki ilə kiçik qızıl medal qazandı. Bir dəfəyə qaldırmaqda isə 108 kq nəticə ilə kiçik bürünc medal qazandı.
2019-cu ildə Batumidə keçirilən Avropa çempionatında Darya iki hərəkətin cəmi 242 kq qaldırdı. 76 kq çəki dərəcəsində çempion adını qazandı. Bir dəfəyə qaldırmada ikinci nəticə göstərdi (106 kq), təkanla qaldırmada birinci (136 kq) nəticə göstərdi.
Sentyabr ayında isə 81 kq çəki dərəcəsində çıxış edən Naumova Pattayadaki Dünya Çempionatında dördüncü yeri tutdu. Altı yanaşmadan yalnız üçünühəyata keçirərək 244 kq (109 + 135) nəticə göstərdi.
Xarici keçidlər
Дарья Наумова на сайте IWF
İstinadlar
Kateqoriya:Belarus idmançıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Belarus idmançıları Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Ağır atletika üzrə Avropa Çempionatının medalçıları