Vanze konfransı — 1942-ci il yanvarın 20-də Berlindəki Vanze gölünün kənarında Am-Qrosen-Vanze () küçəsi ev 56-58 ünvanında yerləşən Marlir Villasında hökumət nümayəndələrinin və Almaniyanın Nasist partiyasının başçılarının iclası. Vanze konfransında "yəhudi məsələsinin son həlli" yolları və vasitələri müəyyən edildi. Reyx Baş Təhlükəsizlik Xidmətinin direktoru SS-Oberqruppenfüreri Reynhard Heydrix tərəfindən çağırılan konfrans, "yəhudi məsələsinin son həlli" yollarını (), həyata keçirilməsində müxtəlif dövlət idarələrinin inzibati rəhbərləri arasında əməkdaşlığı təmin etməli idi. Almaniyanın işğalı altındakı Avropadakı yəhudilərin çoxunun istila edilən Polşaya sürgün edilərək məhv edilməsi qərarı verilmişdi. Konfransda Xarici İşlər Nazirliyinin, Ədliyyə, Daxili İşlər və Dövlət nazirliklərinin dövlət katibləri ilə yanaşı bir sıra nazirliklərin səlahiyyətliləri və SS nümayəndələri iştirak etmişdilər. Görüş zamanı, Heydərix Avropa yəhudilərinin necə toplanaraq Baş Hökumətdəki (Polşanın işğal olunmuş hissəsi) ölüm düşərgələrinə göndəriləcəyini və orada öldürüləcəklərini izah etmişdi.
Məhz bu konfransda Avropanın yəhudi əhalisinin soyqırımı proqramı (hazırda "Holokost" termini istifadə olunur) qəbul edildi.
Yəhudilərə qarşı ayrı-seçkilik nasistlərin 30 yanvar 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı. Nasist rejimi tərəfindən yəhudiləri könüllü olaraq ölkəni tərk etməyə məcbur etmək üçün şiddət və iqtisadi təzyiqdən vasitə kimi istifadə edilirdi. 1939-cu ilin sentyabrında Polşanın işğalından sonra Avropa yəhudiliyinin məhvinə başlandı və 1941-cı ilin iyununda SSRİ-yə hücumdan sonra qətllər daha da gücləndi. 1941-ci il 31 iyul tarixində Herman Görinq, Reynhard Heydrixə Almanların nəzarəti altındakı ərazilərdə "Yəhudi məsələsinin tam həlli" üçün bir plan hazırlamaq, təqdim etmək və bu işdə iştirak edən bütün hökumət təşkilatlarının iştirakını əlaqələndirmək üçün yazılı icazə verdi. Vanze konfransında, Heydərix deportasiya prosesi başa çatdıqdan sonra deportasiya olunanların taleyinin SS-nin səlahiyyətlərində olan daxili məsələyə çevriləcəyini vurğuladı. İkinci məqsəd isə kimin yəhudi olduğunu müəyyənləşdirmək idi.
Yayılan protokol ilə iclas protokolların bir nüsxəsi müharibədə məhv olmadan qalmışdı. O Robert Kempner tərəfindən 1947-ci ilin martında Alman Xarici İşlər Nazirliyinin ələ keçirilmiş sənədləri arasında aşkar edilmişdir. Ondan ikinci Nürnberq Məhkəməsində sübut olaraq istifadə edilmişdir. Konfransın keçirildiyi Vanze villasında hazırda Holokost qurbanlarının xatirə mərkəzi və muzeyi yerləşir.
Tarixi Almaniyada yəhudilərə qarşı leqallaşdırılmış ayrı-seçkilik, nasistlərin 1933-cü ilin yanvarında hakimiyyəti ələ keçirməsindən dərhal sonra başladı. Nasist rejim yəhudiləri könüllü olaraq ölkəni tərk etməyə məcbur etmək üçün şiddət və iqtisadi təzyiqdən istifadə edirdi. Nazizm ideologiyası antisemitizm, irqi ayrı-seçkilik və ari ideologiyası elementlərini birləşdirərək Alman xalqı üçün daha geniş yaşayış sahəsi yaratmaq üçün onları pan-Almanizm və ərazilərin genişləndirilməsi ilə birləşdirdi. Nasist Almaniyası, bu yeni ərazləri əldə etmək niyyəti ilə Polşa və SSRİ-yə hücum edərək, orada yaşayan arilərin hakim irqindən aşağı hesab etdikləri yəhudiləri və slavyanları deportasiya və ya məhv etmək yolunu tutdular.
1933-cü ilin 7 aprel tarixində qəbul edilmiş Peşəkar Dövlət Xidmətinin Bərpası Qanunu, yəhudilərin əksəriyyətini vəkillik və ictimai xidmətdən kənarlaşdırdı. Bənzər qanunvericilik qısa müddətdə digər yəhudiləri peşələrini davam etdirmək hüququndan məhrum etdi. Rejim, yəhudiləri ölkəni tərk etməyə məcbur etmək üçün açıq-açığına təcavüz siyasəti yeridirdi. Yəhudi müəssisələrinin bazara çıxışına maneələr yaradılır, qəzetlərdə reklam verilməsinə sədlər qoyulur və dövlət müqavilələrində iştiraklarına qadağa tətbiq edilmişdi. Vətəndaşlar təqib edilir, şiddətə məruz qalırdı və iş yerləri boykot edilirdi. 250px|thumb|right|1935-ci il diaqraması, Nürnberq Qanunlarına görə irqi təsnifatı göstərir: almanlar, mişlinqlər (qarışıq nigahlardan doğulanlar) və yəhudilər.
1935-ci ilin sentyabrında Nürnberq Qanunları adı ilə yəhudilərlə alman əsilli insanlar arasında evliliyi, nikahdan kənar cinsi münasibətləri və 45 yaşınadək alman qadınlarının yəhudi evlərində ev qulluqçusu kimi istifadə edilməsini qadağan edən qanunlar toplusu qəbul edildi. Reyx Vətəndaşlıq Qanunu, yalnız alman və ya digər almanlarla qan qohumluğu olan şəxslərin vətəndaş sayıldığını bildirirdi. Beləliklə, yəhudilər və digər kiçik xalqlar Almaniya vətəndaşlığından məhrum edildi. Noyabr ayında çıxarılan əlavə bir fərmanla, yəhudi inancına sahib olduqları təqdirdə, üçüncü və ya ikinci nəsil yəhudi nənəsi olanlar yəhudi kimi qəbul olunurdu. 1939-cu ildə İkinci Dünya müharibəsinin başlanması ilə Almaniyada yaşayan 437.000 yəhudidən 250.000-i ABŞ, Fələstin, İngiltərə və digər ölkələrə mühacirət etmişdi.
1939-cu ilin sentyabrında Polşanın işğalından sonra Hitler Polşa elitasının və ziyalılarını məhv etmək əmrini verdi. Sonderfahndungsbuch Polen (Polşadakı Xüsusi Prokurorluq Kitabı) - öldürüləcək insanların siyahısı - SS tərəfindən 1939-cu ilin mayında tərtib edilmişdi. Einsatzgruppen (xüsusi qruplar) bu qətlləri Polşada yaşayan etnik Almanlardan ibarət hərbiləşdirilmiş bir qrup olan Volksdeutscher Selbstschutz (Alman Özünümüdafiə Qrupu) dəstəyi ilə həyata keçirmişdi. SS üzvləri, Vermaxt və Ordnungspolizei (Asayiş Polisi; Orpo) üzvləri də Polşa kampaniyası zamanı mülki insanlara atəş açmışdılar. 1939-cu ilin sonunadək təxminən 65.000 mülki şəxs öldürülmüşdü. Polşa cəmiyyətinin liderlərindən əlavə yəhudiləri, fahişələri, qaraçıları və ruhi xəstələri də öldürürdülər.
Konfransa aparan yol Yəhudilərin soyqırımı Vanze konfransından əvvəl başlamışdı. 1941-ci il iyulun 31-də Herman Görinq "Yəhudi məsələsinin son həllinə" cavabdeh kimi Reyx Təhlükəsizliyinin Baş İdarəsi (RTBİ) rəhbəri Reynhard Heydrixi təyin etmişdi. Görinqin Heydrixə verdiyi yazılı icazədə Almanların nəzarəti altındakı ərazilərdə təmsil olunan bütün dövlət təşkilatlarını bu məsələdə əlaqələndirmək də tapşırılırdı. Nasistlərin Generalplan Ost-da(Şərq üçün Baş Plan) işğal altındakı Şərqi Avropa və Sovet İttifaqı əhalisinin kölə əməyi və ya qətl üçün Sibirə deportasiya edilməsi nəzərdə tutulurdu. Vanze konfransının protokollarına görə, SSRİ-nin əhudi əhalisi beş milyona, o cümlədən Ukraynada üç milyona yaxın idi.
Nasistlər yəhudiləri məhv etməklə yanaşı, Herbert Bakke tərəfindən hazırlanan "Aclıq Planı" adlı aksiya çərçivəsində fəth edilmiş ərazilərin əhalisini aclıq səbəbiylə 30 milyon nəfər azaltmağı da planlaşdırırdılar. Ərzaqlar Alman ordusuna və alman mülki əhalisinə yönləndiriləcək, şəhərlər yerlə yeksan ediləcək, torpaqlarda meşələr salınacaq və ya alman kolonistləri tərəfindən məskunlaşdırılacaqdı. "Aclıq Planı"nın məqsədi, Almaniyanın işğalı altındakı Slavyan mülki əhalinin qəsdən kütləvi şəkildə aclıq çəkməsi, bütün ərzaq ehtiyatlarını Şərqi Cəbhəsindəki Almaniyanın mülki əhalisinə və Vermaxta göndərmək idi. Tarixçi Timoti Sneyderə görə, “4.2 milyon Sovet vətəndaşı (əsasən ruslar, belaruslar və ukraynalılar) Bakke planı nəticəsində 1941-1944-cü illərdə nasistlər (nasistlərin nəzarətində olan Vermaxt) tərəfindən "acından öldürülmüşdülər”. 250px|thumb|left|1942-ci il, aprel, yəhudilərin ölüm düşərgəsi Beljetsdən deportasiya olunması. 1940-cı və 1941-ci illər Almaniyada məhsuldarlıq xeyli aşağı düşmüşdü və müharibə sənayesində çalışmaq üçün ölkəyə çox sayda məcburi işçi gətirildiyi üçün qida təchizatı çətin idi. Bu işçilər, alman xalqı kimi, lazımi qidalanmalı, əvəzində nasist ideologiyası baxımından Almaniyanın hakimiyyəti altındakı milyonlarla yəhudinin olduğu "faydasız ağızların" sayında azalma baş verməli idi.
Üçüncü Reyxin SSRİ-nin işğal etdiyi ərazilərində 1941-ci ilin ikinci yarısında RTBİ-yə tabe olan aynzasqrupları tərəfindən 1 milyona yaxın yəhudi öldürülmüşdü. 1941-ci il 2 iyul tarixli məktubda Heydərix SS və polis rəhbərlərinə Aynzasqrupların Komintern rəsmilərini, Kommunist Partiyasının yüksək rütbəli üzvlərini, Kommunist Partiyasının ekstremist və radikal üzvlərini, Xalq Komissarlarını və partiya üzvü yəhudiləri edam etməsi lazım olduğunu bildirirdi. Digər "radikal ünsürlərin (təxribatçılar, təbliğatçılar, snayperlər, qatillər, təşviqatçılar və s.)" edamına dair daimi təlimat verilmişdi. İşğal olunmuş ərazilərdə işğalçılar tərəfindən kortəbii şəkildə başlanan hər hansı bir talan hadisəsinin gizli şəkildə təşviq edilməsi əmri də verilmişdi. İyulun 8-də o, bütün yəhudilərin partizan sayılması lazım olduğunu elan etdi və 15 ilə 45 yaş arasındakı bütün kişi yəhudilərin edam edilməsini əmr etdi. By August the net Avqusta qədər bu siyahı qadınlar, uşaqlar və yaşlıları əhatə edərək bütün yəhudi milləti daxil edilərək genişləndi.
1941-ci ilin avqustunda Kamenets-Podolskidə Avropadan deportasiya edilmiş yəhudilərin kütləvi şəkildə məhv edilməsi həyata keçirildi. Bunun ardınca noyabr ayında "Riqa gettosu"nda eyni hadisələr təkrarlandı. Oktyabrın 23-də yəhudilərin nasistlərin nəzarətində olan ərazilərdən köç etməsi tamamilə qadağan edildi. 1941-ci ilin dekabrında Xelmnoda yəhudilərin ilk məhv edilmə düşərgəsi fəaliyyətə başladı. Eyni vaxtda Beljets ölüm düşərgəsi tikilməyə başladı, Auşvitz həbs düşərgəsində isə "Siklon B" qazından zəhərlənmə ilə bağlı ilk təcrübələr edildi (ilk təcrübələr sovet hərbi əsirləri üzərində sınaqdan keçirildi).
Vanze konfransının başlanmasına qədər yüz minlərlə Polşa, Serbiya və SSRİ yəhudiləri artıq öldürülmüşdü. Nasistlərin ilkin planına görə Sovet İttifaqının işğalından sonra "Ost baş planı" həyata keçirilməli idi. Yəni Avropa yəhudiləri yolun çəkilişlərində ölənə qədər çalışacaqları Rusiyanın işğal olunmuş bölgələrinə sürgün ediləcəklər.
Xolokostun tədqiqatçısı İsrail tarixçisi Saul Fridlander hesab edir ki, bu hadisələr birlikdə yəhudilərin bu vaxta qədər kütləvi şəkildə məhv edilməsi planının mövcudluğunu göstərir. İngilis tədqiqatçısı Kristofer Brovninq eyni fikri dəstəkləyir və onu əlavə edir ki, böyük ehtimalla köçürmə planlarından, tamamilə məhv olmaq planlarına keçid 1941-ci ilin sentyabr-oktyabr aylarında qəbul edilmişdir.Christopher Browning. По поводу моей книги «Истоки „окончательного решения“»: замечания об «окончательном решении», его предпосылках и важнейших последствиях Beləliklə, 1941-ci ilin sonlarına yaxın "Yəhudi məsələsi"nin həll yollarının axtarışı başa çatmışdı.
Hazırlıq 250px|thumb|right|Herman Görinqin Reynxard Qeyndrixə "Yəhudi məsələsinin son həllinə" dair ünvanladığı məktub. 29 noyabr 1941-ci il noyabrın 29-da Heyndrix yəhudi əhalisini Avropadan sürətli şəkildə qovmaq üçün ən münasib iqtisadi və həll yollarını müzakirə etmək üçün konfransa dəvətnamələr göndərdi. Müharibə dövründə Avropadakı yəhudilərin Madaqaskara köçürülməsi ilə bağlı əvvəllər qəbul edilmiş plan imkansız görünürdü. Bunun əvəzinə Avropanın hər yerindən yəhudilərin toplanması və şərqdəki ağır şəraitdən öləcəkləri əmək düşərgələrinə köçürülməsi planlaşdırıldı. Bura da sağ qalanlar isə "müvafiq tərbiyyədən" keçməli idilər. Konfransda az sayda iştirakçı - müxtəlif dövlət qurumlarının cəmi 15 lideri iştirak etdi: Gestapo, SS təhlükəsizlik xidmətləri, NSAFP-ın yüksək vəzifəli üzvləri, Nasist Almaniyasının müxtəlif nazirliklərinin - ədliyyə və xarici işlər nazirliklərinin, millət və məskunlaşma agentlikləri, habelə yəhudi əmlakının paylanmasına cavabdeh qurumlar. Konfransda iştirak edənlərin yarıdan çoxunun Alman universitetlərindən doktorluq dərəcələri var idi. Onların yəhudi siyasəti haqqında ətraflı məlumatları vardı və hər bir agentliyin bu plana verdiyi töhfənin vacibliyini başa düşürdülər. Onlar "Şərqə evakuasiya"nın yəni konsentrasiya düşərgələrinə deportasiyanın son olduğunu başa düşürdülər və "son qərar"ın Avropa yəhudilərinin məhv edilməsinə yönəldiyini gözəl anlayırdılar.