Qobustan — Azərbaycan Respublikasının Abşeron rayonunun Pirəkəşkül kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun faktiki mövcud olan Qobustan kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Pirəkəşkül kənd Sovetinin tərkibinə verilmişdir.

Qobustan kəndinin ərazisində 2024-cü il iyun ayının 13-də rəsmi açılışı olan Palçıq Vulkanları Turizm Kompleksi yerləşir.

İstinadlar

Kateqoriya:Abşeron rayonunun kəndləri