Valeri Viktoroviç Borçin () — Rusiya yüngül atleti, Mordoviya idman yerişi məktəbinin nümayəndəsi. Milliyətcə erzyandırРоссийские надежды в Лондоне-2012: Валерий Борчин. Üçqat Rusiya çempionu (2006, 2008, 2009). 2008 Yay Olimpiya Oyunlarının 20 km məsafəyə idman yerişi üzrə çempionu. Rusiyanın əməkdar idman ustası.

Bioqrafiyası Gəncliyində ağır atletika və uzun məsafəyə qaçışla məşğul olmşdur. 17 yaşında diz zədəsindən sonra idman yürüşü ilə məşğul olmağa başladı. 2004-cü ildə bölgədəki məşhur məşqçi Viktor Çeginlə tanış oldu və qrupda məşq etməyə başladı.

Bir il sonra milli çempionatda 10 kilometr məsafəyə yürüşdə ikinci yeri tutdu. Ancaq dopinq testi zamanı qanında efedrin aşkar olundu və 2005-ci ildən 2006-cı ilədək yarışlarda iştirak etməkdən məhrum edildi.Athletes Sanctioned for a Doping Offence Committed During 2005 . IAAF (2005). Retrieved 2011-04-10.

4 avqust 2012-ci il tarixində 20 km məsafəyə qaçışda finiş çatmağa təxminən bir kilometr qalmış Valeri Borçin huşunu itirdi və yarışı başa vura bilmədi.

İki il sonra, 20 yanvar 2015-ci ildə Rusiya Antidopinq Agentliyi (RUSADA) Valeri Borçini səkkiz il müddətinə diskvalifikasiya etdi və üç dövr üçün olan nəticələrin ləğv olunduğunu elan etdi: 14 iyul - 15 sentyabr 2009-cu il,16 iyun - 27 sentyabr 2011-ci il və 11 aprel - 3 sentyabr 2012-ci il.

8 noyabr 2013-cü ildə Rusiya atletika komandasının baş məşqçisi Valentin Maslakov Valeri Borçinin idman karyerasını başa vurduğunu açıqladı.

24 mart 2016-cı ildə Lozannadakı İdman Arbitraj Məhkəməsi Borçinin 14 avqust 2009-cu il tarixdən 2012-ci il oktyabrın 15-dək olan bütün nəticələrinin ləğvi barədə qərar qəbul etdi.Кирдяпкин лишен золота Лондона-2012, Каниськина – серебра Новость на сайте sports.ru от 24 марта 2016 года

İstinadlar

Kateqoriya:Mordoviya Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Olimpiya qızıl medalına sahib Rusiya idmançıları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:2008 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Yüngül atletika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:Yüngül atletikada dopinq halları