Müharibə qadın simalı deyil () — 2015-ci ilin ədəbiyyat üzrə Nobel mükafatını alan Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin ilk kitabı.
1985-ci ildə nəşr edildikdən sonra kitab qısa müddət ərzində populyarlaşaraq, 2 milyondan çox oxucu qazanır. Əsər bir qadının monoloqu üzərində qurulmaqla, müharibədən sonrakı həyatı əks etdirir.
Məzmun
Biz hələ həyatın nə demək olduğunu bilmədən həyat uğrunda ölürdük… Hər şey haqqında ancaq kitablarda oxumuşduq.
2015-ci ilin Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” əsəri Böyük Vətən Müharibəsinə sənədli baxış kimi dəyərləndirilə bilər. Əsəri maraqlı edən cəhət yazıçı-jurnalistin onu müharibədə iştirak edən qadınların danışıqları əsasında qələmə almasıdır. Bir də müharibəyə “qadın baxışı” və “qadın gözü” ilə baxmağa çalışması… Siz əsərdə məhz bununla bağlı olaraq meydana çıxan çox təsirli səhnələrin, təsvirlərin və duyğuların şahidi olacaqsınız.
Nəşr
Kitabı Nərgiz Cabbarlı rus dilindən Azərbaycan dilinə tərcümə və redaktə edib, “XAN” nəşriyyatı tərəfindən “XAN” tərcümə ədəbiyyatı çərçivəsində 2015-ci ildə nəşr edilib.
Adaptasiyası
Əsərin motivləri əsasında 1981-1984-cü illərdə sovet belorus rejissoru Viktor Daşuk tərəfindən hər biri 10-25 dəqiqədən ibarət olan 7 seriyalıq sənədli televiziya filmi çəkilib.Ernst Schumacher, Sinn und Form, No. 6/1984, pp 1320-1329.
İstinadlar
Xarici keçidlər
Goodreads-də Müharibə Qadın Simalı Deyil "Müharibənin qadın üzü yoxdur" romanı Svetlana Aleksiyeviç – “Müharibə qadın simalı deyil” Şəhla Rəşidova Svetlana Alekseyeviçin "Müharibə qadın simalı deyil" kitabını şərh etdi Təpələrin arxasında Müharibə qadın simalı deyil... Müharibənin qadın olmayan üzü - Svetlana Aleksiyeviç Svetlana Aleksandrovna Aleksiyeviçin “Müharibə qadın simalı deyil” Kateqoriya:SSRİ tarixi Kateqoriya:Populyar mədəniyyətdə İkinci Dünya müharibəsi