Kiçik dövlət və ya kiçik hökumət — ictimai siyasətin və ya özəl sektorun müəyyən sahələrində minimal dövlət müdaxiləsinin olduğu iqtisadi və siyasi sistemi təsvir etmək üçün əsasən yeni sağ konservativlərin və libertarianlar tərəfindən istifadə edilən termin. Bu, klassik liberalizm, o cümlədən konservatizm və libertarianizmin bəzi məktəblərində əhəmiyyətli bir mövzudur. Bunun əleyhdarları böyük dövləti dəstəkləyirlər.

Maarifçilik dövrünə aid klassik liberal düşüncədən formalaşmış kiçik dövlət anlayışı Avstraliya, Danimarka, Honkonq, Yeni Zelandiya, Birləşmiş Krallıq və Birləşmiş Ştatların konservativ partiyalarından populyar bir mövzudur. Buna baxmayaraq, dövlətin kiçildilməsi hədəfinə çatmaq üçün hansı siyasətin aparılması və necə aparılması tez-tez müzakirə edilir.

Həmçinin bax Məhdud dövlət Minarxizm

İstinadlar

Xarici keçidlər Center for Small Government Report and video comparing small and big governments by the CPS

Kateqoriya:Minarxizm Kateqoriya:Mühafizəkarlıq Kateqoriya:Siyasi fəlsəfə Kateqoriya:İqtisadi ideologiyalar