Şullu Çırqal-ool Sat (tuvaca: Шулуу Чыргал-оол Сат, ) – Tuvanın Uluğhem kojuununa bağlı Çaa-Höl beldesinin Kaşpal kəndində anadan olan tuvalı elm xadimi, ilk tuvalı professor, filoloq və yazıçı. Tuva Dövlət Universitetinin Tuva dili və ədəbiyyatı fakültəsinin qurucusu və ilk dekanıdır.
Həyatı 15 sentyabr 1926-cı ildə Tuvanın Uluğhem kojuununa bağlı Çaa-öl beldesinin Kaşpal kəndində anadan olmuşdur. Uşaqlığı Ürbün, Kaşöal, Doozunnug, Adannıg-Art, Çinge deyilən yerlərdə keçmişdir. Çaa-Hölün yay məktəbində təhsil almağa başlamışdır. Çaa-Höl məktəbindən sonra Şagaan-Arlq məktəbinı keçmişdir. 1947-ci ildə Qızıl şəhərindəki Lenin adına məktəbi bitirmişdir.
Satın təhsil həyatı Leninqrad Dövlət Universiteti Şərqşünaslıq fakültəsində davam etmişdir. Universiteti bitirdikdən sonra Kaa-Hem kojuunun Sarıg-Sep orta məktəbində Tuva dili və vətən ədəbiyyatı müəllimi təyin edilmişdir. Bundan sonra elmi fəaliyyətini Tuva dili və ədəbiyyatı tarixi üzrə cəmləmişdir. Palmbahın redaktorluğu altında, ilk elmi əsəri olan "Tuvaca- Rusca qarşılaşdırılmalı lüğət"ini nəşr etdirmişdir.
Pedoqoji Milli Məktəblər İnistitutunda magistr təhsilini aldıqdan sonra 1959-cu ildən Qızıl şəhərinin pedoqoji inistitutunda işləməyə başlamışdır.
Əsərləri 1961 yılında "Tıva dılda priçastiyeler" 1973 yılında "Tıva natsional dıldıñ tıvılganı bolgaş högjüldezi" "Tıva dıldıñ şinçilep kelgen töögüzünüñ oçerigi", "Amgı literaturlug tıva dıl "Tıva dialektologiya", "Sovyet üyede tıva dıldıñ högjüldyezi" "SSRЕ ulustarınıñ dıldarı" "Delegey dıldarı" Tıva-orus slovarlar Məktəb və inistitutlar üçün dərsliklər
Həmçinin bax Oleq Saganool Mengi Oorjak Moldurqa Salçak Badra İrgit
İstinadlar
Kateqoriya:Tuvalı yazıçılar Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Alimlər