thumb|350px|alt=2016-cı ildə Afrikadakı Ümumdüya irsi obyektlərinin xəritəsi. Obyektlərin nisbətən az olduğu qitənin qərb sahillərinin əksinə, şimal, şərq və cənub hissələrində obyektlər daha sıxdır.|2016-cı ildə Afrikadakı Ümumdünya irsi obyektlərinin xəritəsi. Obyektlərin hər biri nöqtə ilə qeyd edilmişdir. yoxdur 1–2 obyekt 3–4 obyekt 5–6 obyekt 7–8 obyekt 9 obyekt
Afrikadakı Ümumdünya irsi obyektlərinin siyahısı — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren dövlətdə yerləşir.
Ümumdünya irsi obyektlərinin seçimi Dövlətlər arasında siyahıya daxil olmuş obyekt sayına görə Cənubi Afrika Respublikası on obyekt ilə liderdir. Ardınca doqquz obyektin yerləşdiyi Efiopiya və Mərakeş, daha sonra səkkiz obyekt ilə Tunis və yeddi obyekt ilə Əlcəzair, Misir, Keniya, Seneqal və Tanzaniya gəlir. Siyahıya daxil olan on ölkənin hər birində yalnız bir obyekt var. Dörd obyekt iki ölkə arasında paylaşılır: Maloti-Drakensberq parkı (Lesoto və Cənubi Afrika), Nimba dağı Təbiət Qoruğu (Kot d'İvuar və Qvineya), Seneqambiya daş çevrələri (Qambiya və Seneqal) və Viktoriya şəlaləsi (Zambiya və Zimbabve). Sanqa meşəsi (Mərkəzi Afrika Respublikası, Kamerun və Konqo) və V-Arli-Pencari kompleksi (Benin, Burkina Faso və Niger) isə üç ölkə arasında bölüşdürülür.
Qitədən Ümumdünya irsi siyahısına ilk obyektlər 1978-ci ildə, Seneqaldakı Qore adası və Efiopiyadakı Lalibela qaya kilsələri yazılmışdır.
Somali hökuməti 1972-ci il Ümumdünya irsi konvensiyasının üzvü olmadığı üçün Somalidə rəsmi Ümumdünya irsi obyekti yoxdur. Bununla birlikdə, ölkədə Ümumdünya irsi statusu üçün gələcək namizəd olacağına inanılan bir çox arxeoloji ərazi var.
UNESCO-nun Ümumdünya irsi komitəsi hər il siyahıya yeni obyektlər yaza bilər və ya artıq meyarlara cavab verməyən obyektləri siyahıdan çıxara bilər. Seçim altısı mədəni (i-vi), dördü isə təbii (vii – x) irsə aid olan on meyara əsaslanır. "Qarışıq obyektlər" olaraq təyin olunan bəzi obyektlər həm mədəni, həm də təbii irsi təmsil edir. Afrikada 55 mədəni, 44 təbii və 5 qarışıq Ümumdünya irsi obyekti var.
Obyektlərin sayını artırmaq və qitədəki mövcud obyektləri qorumaq üçün bir neçə addım atılıb. Məsələn, 5 may 2006-cı ildə Afrikanın Sub-Saxara bölgəsini hədəf alan Afrika Ümumdünya irsi Fondu fəaliyyətə başlamışdır. Fond mövcud obyektlərin milli ehtiyatlarını qorumaq üçün ölkələr üzrə kadrların işə götürülməsi, habelə Ümumdünya irsi siyahısına yazmaq üçün namizədlik sənədlərini hazırlamağı planlaşdırır. İrsin xüsusiyyətlərinin qorunması və idarə edilməsinə və təhlükə altında olan irsin bərpasına kömək etmək üçün təqaüd təyin edilmişdir.
Fond əvvəlcə Cənubi Afrika Respublikası tərəfindən 3,5 milyon ABŞ dolları ilə maliyyələşdirilmişdi. 2011-ci ilin mart ayına qədər isə 4,1 milyon dollar dəyərindəki əlavə vədlə birlikdə müxtəlif ölkələrdən 4,7 milyon dollar toplanmışdır. UNESCO həmçinin əraziləri daha da pisləşmədən qorumaq məqsədilə Efiopiyadakı Afrika insanı mənşəli obyektlər haqqında məlumatlılığı artırmağa çalışır.
Ümumdünya irsi komitəsi irsin siyahıya yazıldığı xüsusiyyətlərini təhdid edən şərtləri əsas gətirərək hər hansı bir obyektnin təhlükə altına düşdüyünü təyin edə bilər. Digər Ümumdünya irsi obyektləri ilə yanaşı, təhlükə altında olan obyektlər də hər il komitə tərəfindən keçirilən iclasda yenidən qiymətləndirilir. Təhlükədə olan Ümumdünya irsi siyahısında Afrikanın 17 obyekti var ki, bu da bütün Afrika irsinin 13%-ni və dünyadakı məhv olmaq təhlükəsi altında olan 48 obyektnin 35%-ni təşkil edir. Konqo Demokratik Respublikası və Liviyanın hər ikisində təhlükə altında olan 5 obyekt var. Bu rəqəm, ölkələrin üçdə ikisində 3-dən çox obyekt qeydə alındığı nəzərə alınarsa, dünyadakı istənilən dövlət üçün ikinci ən yüksək nəticədir..
Afrikadakı obyektlər meşəsizləşmə və ovçuluq, vətəndaş müharibəsi, ərazi üzərində məsuliyyət daşıyan işçilərin təhdid edilməsi və girov götürülməsi, neft və qaz layihələri və mədən işləri, biomüxtəlifliyin azalması və tikililərin ziyan görməsi kimi müxtəlif səbəblərdən bu cür qeyd edilmişdir. Obyektlərdən üçü əvvəllər təhlükədə elan edilmiş, lakin sonra statusunu itirmişdir: Nqoronqoro Mühafizə Bölgəsi (1984–1989), Ruvenzori dağları Milli Parkı (1999–2004) və Tipaza (2002–2006). Qaramba Milli Parkı və Timbuktu da müvafiq olaraq 1992 və 2005-ci illərdə statuslarını itirmiş, lakin daha sonra 1996 və 2012-ci illərdə statuslarını yenidən bərpa etmişlər. Çox sayda təhlükəli obyekt və ətraflarındakı vəziyyətə baxmayaraq, Afrikadakı Ümumdünya irsi obyektlərindən heç biri öz statusunu itirməmişdir.
Cədvəl Aşağıdakı siyahı Afrikanın UNESCO tərəfindən verilmiş geosiyasi tərifinə məhəl qoymur və "ərəb dövlətləri"-ndəki obyektləri də ehtiva edir. Misir Şimali Afrikanın bir hissəsi olaraq daxil edilmişdir. Siyahıya həmçinin, aid olduğu dövlət başqa qitədə yerləşən, lakin Afrika ərazisində olan bir neçə obyekt də daxildir. Bunlardan üçü Kanar adalarında (İspaniyaya aid), biri Madeyrada (Portuqaliyaya aid), biri Reyunyonda (Fransaya aid) və biri Tristan-da-Kunya arxipelaqında (Birləşmiş Krallığa aid) yerləşir.
Cədvəl, müvafiq sütunun yuxarısındakı21x21pxdüyməsinə kliklədikdə sütuna uyğun olaraq sıralanır.
Obyekt – obyektin adı. Yer – regional və ya əyalət səviyyəsindəki bölgə ilə müşaiyyət olunan ölkəyə görə sıralanır. Çoxmillətli və ya çox regionlu obyektlər olduqda, adlar əlifba sırası ilə sıralanır. Tip / Kriteriya – Ümumdünya irsi komitəsi tərəfindən təyin olunmuşdur. Sahə – hektar və akrla. Verilməyən dəyər, UNESCO tərəfindən heç bir məlumatın yayımlanmadığını göstərir. İl – obyektin Ümumdünya irsi siyahısına yazıldığı tarix. Təsvir – mövcud olduqda təhlükə altında olan bir obyekt kimi seçilmə səbəbləri də daxil olmaqla obyekt haqqında qısa məlumat
Obyektlər