Azərbaycan Sosial Rifah Partiyası və ya qısaca ASRP — Xanhüseyn Kazımlı tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınmış, 23 mart 2023-cü ildə fəaliyyətini dayandırmış siyasi partiya. ASRP 2000–2020-ci illərdə Milli Məclisdə təmsil olunub. ASRP sədri 1995–2020-ci illərdə Xanhüseyn Kazımlı, 2020–2023-cü illərdə isə onun qızı Əsli Kazımova olmuşdur.
Tarixi 1994-cü ildən İqtisadiyyat Nazirliyi Baş Qiymətlər İdarəsinin rəisi olan Xanhüseyn Kazımlı qurucusu olduğu Azərbaycan Sosial Rifah Partiyası (ASRP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.
Yeni qurulan Azərbaycan Sosial Rifah Partiyası üç il sonra, 1998-ci ildə baş tutan prezident seçkilərində mübarizə apardı. ASRP sədri Xanhüseyn Kazımlı, 8 254 səslə, yəni 0,30 %-lə altı namizəd sırasında sonuncu, 6-cı pillədə qərarlaşdı.
Azərbaycan Sosial Rifah Partiyası 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı. 58 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, qalib gəldi və Milli Məclisin deputatı seçildi.
Azərbaycan Sosial Rifah Partiyası 5 il sonra, 2005-ci il noyabrın 6-da baş tutan parlament seçkilərində də mübarizə apardı. 66 saylı Biləsuvar dairəsindən namizədliyini irəli sürən ASRP sədri Xanhüseyn Kazımlı, növbəti dəfə qalib gəldi və Milli Məclisin deputatı seçildi.
ASRP sədri Xanhüseyn Kazımlı növbəti illərdə də, 2010-cu il noyabrın 7-da baş tutan və 2015-ci il noyabrın 1-də baş tutan parlament seçkilərində də qalib gəldi və 20 il Milli Məclisin deputatı oldu.
2020-ci il iyulun 15-də Azərbaycan Sosial Rifah Partiyasının IX Qurultayı baş tutdu. COVID-19 pandemiyasına görə online formada baş tutan qurultayda ASRP sədri, sədr müavinləri, Nəzarət və Təftiş Komissiyasının üzvləri seçildi. ASRP sədrinin qızı, ASRP sədrinin birinci müavini Əsli Kazımova, Azərbaycan Sosial Rifah Partiyasının 2-ci sədri seçildi.
Azərbaycan Sosial Rifah Partiyası 23 mart 2023-cü ildə bəyanət yayaraq partiyanın özünü buraxdığını elan etmişdir.
Sədrləri SıraFotoSədrSəlahiyyət müddətiBaşlama tarixiBitmə tarixi1. alt=|80px Xanhüseyn Kazımlı4 avqust 199514 iyul 20202. Əsli Kazımova14 iyul 202023 mart 2023
Nəticələri
Parlament SeçkiSədrMajoritarProporsionalCəmiSəs%MandatSəs%Mandat1995alt=|80pxXanhüseyn Kazımlı 2000 2005 2010 18.074 0.76 2015 22 0040.772020
Ara seçkilər SeçkiSədrNəticəSəs%Mandatmay 1999alt=|80pxXanhüseyn Kazımlı 36 935 91.03
Bələdiyyə Azərbaycan Sosial Rifah Partiyası yarandığı tarixdən etibarən bütün bələdiyyə seçkilərində iştirak etmişdir. 2019–2023-cü illərdə bir neçə bələdiyyədə üzvləri olmuşdur. Həmçinin Yevlax bələdiyyəsi və Balaxanı bələdiyyəsinin sədrləri Azərbaycan Sosial Rifah Partiyasının üzvləri olmuşdur. Seçki Sədr Səs Yer # % ± 1999 Xanhüseyn Kazımlı 2004 2009 2014 2019
Ara bələdiyyə seçkiləri Seçki Sədr Səs Bələdiyyə üzvü # % 2006 Xanhüseyn Kazımlı 2011
Qərargah Azərbaycan Sosial Rifah Partiyasının qərargahı Nərimanov rayonunda Təbriz Küç. 92 ünvanında yerləşirdi.
İstinadlar
Kateqoriya:Azərbaycandakı siyasi partiyalar Kateqoriya:1995-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:2023-cü ildə ləğv olunan siyasi partiyalar Kateqoriya:2023-cü ildə Azərbaycanda ləğv olunanlar