Təfsir Ağakərim oğlu Quliyev () — Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi (1975–1982).
Həyatı Təfsir Ağakərim oğlu Quliyev 1932-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində doğulub. 1950-ci ildə 63 saylı orta məktəbi bitirmiş, 1951–1954-cü illərdə Sovet ordusunda xidmət etmiş, 1963–1968-ci illərdə Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir.Qurban Əlizadə,"Metrolu Kənd"
Fəaliyyəti Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Səhiyyə və sosial təminat komissiyasının üzvü, 1975–1982-ci illərdə Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi olmuşdur.
Mükafatlar 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni Ali Sovetin Fəxri Fərmanı
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Dəvəçi Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər