Əkbər Novruzlu və ya səhnə adı ilə Epi () — Azərbaycan reperi.
Həyatı və karyerası 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005–2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
O, 2013-cü ildən peşəkar olaraq "BizimEra Studio" ilə replə məşğul olmağa başlamışdır. 2014-cü ildən Bar Home adlı qrup yaratmış və dağılana kimi rəhbərlik etmişdir. 2014–2015-ci illərdə Şərab olmuşuq və Qırmızı Winston trekləri ilə populyarlıq qazanmışdır. 2015-ci ildə 6 trekdən ibarət Epinin Ədəbiyyatı albomu işıq üzü görmüşdür. 2017-ci ildə "Olanı de" adlı ilk solo konserti baş tutub. 2018-ci ilin avqustunda FTB, RZZA, Dadash ilə birgə Dörd2Sıfır qrupunu yaratmışdır. 2013-cü ildən battle-rep-lə intensiv olaraq məşğul olmuşdur. Bu qəbildən olan Azərbaycanın ən böyük battl-rep layihəsi olan Kəllə-Kəlləyədə iki reperlə mübarizədən qalib ayrılmışdır. 2020-ci ilin 15 avqustunda Epidemiya albomunu buraxmışdır.
O, 18 noyabr 2023-cü ildə şəxsi Instagram hesabında yaşadığı şəxsi problemlər səbəbindən xaricə köçdüyünü və repdən getdiyini bildirmişdir. 10 aprel 2024-cü ildə isə iyun ayında baş tutacaq "Comeback" adlı solo konsertin posterini paylaşaraq repə geri qayıtdığını elan etmişdir.
16 iyul 2025-ci ildə narkotik vasitə istifadəçisi ittihamı ilə polis tərəfindən saxlanılıb. Sosial şəbəkələrdə isə onun bir neçə gün əvvəl repçi Paster ilə rep deyişməsində Paşa Bank və Kapital Bank kimi bankların adlarını hallandırdığı və bu səbəbdən onunla bağlı polisə şikayət daxil olduğu iddia edilmişdir. O, xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq maddələri ilə ittiham olunaraq həbs olunub.
Diskoqrafiya
Sinqllar 44 Gün (2023) Başdanxarab 4 (2023) Hər şey pulun başındadır (2023) Jelibon (2023) Mənim Qaqalarım (2023) Salam Aleykum (2022) Düşdüm Dərinə (2021) İstər-İstəməz (2021) Başqa?! (2021) Tрезвый Скотт (2021) Komendant Saatı (2021) 120 (2021) Bəlkə bizdə nəsə alınar (2020) Boş şeylərdir (2019) Epi kimdi?! (2019) Göylərə aşiq biri (2019) Taxi (2019) Mən sual, sən nida (2018) Əkbər Novruzlu (2017) Tək Qalmışam (2017) Qırmızı Winston (2014)
Albomlar Epinin ədəbiyyatı (2015) Epidemiya (2020) Random (2023) F5 (2026)
Kliplər Yayım ili Adı "YouTube"da izlənmə sayı(22 yanvar 2023-cü ildə yenilənib) 2014 Qırmızı Winston 5.243.986 2015 Qətran 1.219.397 Başdanxarab 1.435.224 2016 High'can brat? 1.332.909 #BirGünPrezidentOlsam 3.362.350 Allah haqqı (İthaf) 1.221.954 2017 Əkbər Novruzlu 3.058.407 O gün bu gündür 897.165 Tək qalmışam 5.424.367 2018 Başdanxarab 2 440.938 Pivə tutmur məni 756.416 Mən Sual, Sən Nida 6.328.749 2019 Taxi 716.032 Göylərə aşiq biri 5.298.447 Epi kimdi?! 4.817.676 MAŞIN'18 (OST) 710.537 Boş şeylərdir 1.321.668 2020 Bəlkə bizdə nəsə alınar 1.265.2132021120439.324Komendant Saatı171.890Tрезвый Скотт1.006.243Başqa?!320.540İstər-istəməz532.090Düşdüm Dərinə615.6882022Aleykum Salam467.787
Təltif və mükafatları 50px (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı 50px (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı 50px (24.06.2021) — "Şuşanın azad olunmasına görə" medalı 25px (10.02.2022) — "Vətən müharibəsi iştirakçısı" medalı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları