Kümçü nəğmələri — Azərbaycanda ipəkçiliyin inkişafı nəticəsində yaranmış spesifik sənət nəğmələri. İpəyin gözəlliyi, zərifliyi, göz oxşaması, sevinc gətirməsi, barama qurdlarının tərifi, baramaçı qızların hiss-həyəcanları bu nəğmələrin mövzusunu təşkil edir. Bu nəğmələrə bəzən gümçü-ipəkçi, yaxud kümzaru nəğmələri də deyilir.Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.429 Barama qurdunu əzizləyən nümunədən bir parça: Çıxdı qızım Tərəcəyə. Büküb qoydum Bələcəyə. Yorğanı Naz-naz olsun. Yarpağı Az-az olsun...

İstinadlar

Mənbə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

Kateqoriya:Əmək nəğmələri