Hans Vaihinger () — alman idealist filosofu, neokantçılığın nümayəndəsi.

1883-cü ildən Strasburq, 1906-cı ildən Halle universitetlərinin professoru olub. "Kantın "Xalis zəkanın tənqidi"nin şərhləri" əsərinin müəllifi, "Kant – Studien" jurnalının və Kant cəmiyyətinin təsisçisidir. Əsas əsəri "Sanki fəlsəfəsi"ndə başlıca dünyagörüşü ideyalarından onların obyektləri "sanki" realdır kimi istifadə olunmasını təklif edən Kantın təsirilə fiksionalizm, yaxud "tənqidi pozitivizm" konsepsiyasını inkişaf etdirmişdir. Elmi və fəlsəfi anlayışlara yalnız praktiki əhəmiyyətə malik fiksiyalar kimi yanaşan alim gerçəkliyin "əslində olduğu kimi" dərkinin qeyri-mümkünlüyü haqqında aqnostik nəticələrə gəlmiş və duyğuları idrak üçün son əlçatan mövcudluq kimi qəbul etmişdir.

İstinadlar

Kateqoriya:XX əsr filosofları Kateqoriya:Strasburq Universitetinin müəllimləri Kateqoriya:XIX əsr filosofları