Gevork Beqlaroviç Caukyan (; ) — Sovet-Ermənistan linqvisti və filoloqu, filologiya üzrə elmləri doktoru, professor, Ermənistan Elmlər Akademiyasının akademiki, Ermənistan SSR əməkdar elm xadimi.
Həyatı Gevork Beqlaroviç Caukyan 1 aprel 1920-ci il tarixində Ermənistan Xalq Cümhuriyyətinin indiki Loru mərzində yerləşən Şahnəzər (indiki Metsavan) kəndində anadan olmuşdur. O, 1941-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Caukyan 1941–1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir.
150px|thumb|right|İrəvan şəhəri Çarents küçəsi 4 ünvanında yerləşən xatirə lövhəsi.
Caukyan 1945–1949-cu illərdə İrəvan Dövlət Universitetində baş müəllim, 1949–1958-ci illərdə dosent, 1958-ci ildə isə professor kimi çalışmışdır. O, 1948–1957-ci illərdə İrəvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinə rəhbərlik etmişdir. Caukyan 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1977-ci ildən isə akademiki olmuşdur.
Elmi fəaliyyəti Caukyan əsas əsərlərini ümumi və müqayisəli dilçilik, dünya və erməni dilçiliyinin tarixi və nəzəriyyəsi, qədim Hind-Avropa dilləri ilə Kiçik Asiya dilləri arasındakı əlaqə, erməni dilinin tarixi, dialektologiyası, erməni dilinin ləhçələrinin təsnifatı, müasir erməni dilinin quruluşu məsələlərinə həsr etmişdir.Г. Б. Джаукян. Хайасский язык и его отношение к индоевропейским языкам. Front Cover … Изд-во АН Армянской ССР, 1964
Mükafatlar Caukyan "Müqəddəs Mesrop Maştots" ordeni, "Oktyabr inqilabı" ordeni (20.08.1986), "Şərəf nişanı" ordeni (18.03.1976), Movses Xorenatsi medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley" medalı (1970), SSRİ XTNS gümüş medalı (1985) ilə təltif edilmişdir. Ermənistan SSR Dövlət Mükafatı laureatı (1988). Ermənistan SSR əməkdar elm xadimi (1965).Джаукян Геворк Бегларович
İstinadlar
Xarici keçidlər Джаукян Геворк Бегларович — «Hayazq» vəqfinin ensiklopediyasında.
Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:XTNS gümüş medalı laureatları Kateqoriya:Ermənistan alimləri