Gözəl Oruc qızı Bayramlı () — azərbaycanlı ictimai və siyasi xadim; Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini; sabiq siyasi məhbus.

Həyatı Gözəl Bayramlı 1962-ci il aprelin 27-də anadan olub.

Fəaliyyəti Gözəl Bayramlı uzun illər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü və sədrinin müavini idi.

15 sentyabr 2009-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədr müavini seçilmişdir.

Həbs edilməsi Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana gələn zaman sərhəddə Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb.

2018-ci il yanvarın 23-də Qazax Rayon Məhkəməsinin Qərarına əsasən Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edildi.

Bayramlı 2019-cu ilin martında əfv sərəncamı ilə azad edilmişdi. O, 7 oktyabr 2020-ci ildə ölüb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinləri Kateqoriya:Azərbaycanda Amnesty International tərəfindən vicdan məhbusu elan edilmiş şəxslər Kateqoriya:Azərbaycanlı məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Kateqoriya:"Nərgiz" mükafatının qalibləri Kateqoriya:Bakı İstintaq Təcridxanasının məhbusları Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Bakı şəxsləri Kateqoriya:Azərbaycan demokratiya aktivistləri Kateqoriya:Azərbaycan diplomatları