Kanta-Hyame və ya köhnə adıyla Tavastiya mülkü (; ) - Finlandiyanın vilayətidir. Kanta-Hyame bəzən sadəcə Hyame vilayəti olaraq da adlandırılır. Bu vilayət Cənub-qərbi Finlandiya, Pirkanmaa, Pyayat-Hyame və Uusimaa ilə əhatələnib. Mərkəzi Hyaameenlinaa şəhəridir.
Tarixi Kanta-Hyame bölgəsində məskunlaşma daş dövründən bəri mövcuddur. Tarixi Tavastiya vilayətinin ilk yazılı qeydinə 1042-ci ildə Şahzadə Vladimir tərəfindən başladılan hərbi kampaniyaya istinad edən Novqorod Salnaməsində rast gəlinir. Bölgə Birger Yarlın Tavastiya vilayətinin sakinlərinə qarşı apardığı 13-cü əsrdəki səlib yürüyüşünə qədər bölgə isveçlilər tərəfindən idarə olunur. 14-cü əsrdə Hyame inzibati əyaləti Hyame qalası olan quldurluq mərkəzinə çevrildi. 1809-cu ildə Finlandiya ruslar tərəfindən İsveçdən alınanda Tavastiya da Rus İmperiyasının bir hissəsi oldu. Rus hakimiyyəti 1917-ci ildə sona çatdı.
Rayonlar Vilayət 3 rayon və 11 kommunadan ibarətdir. Forssa, Hyaameenlinaa və Riyhimyaki kommunalarının şəhər statusu var.
Forssa rayonu: Forssa (17,724) Humppila (2,495) Yokyoynen (5,653) Tammela (6,537) Yupyaya (2,541)
Hymeenlinna rayonu: Hattula (9,724) Hyameenlinna (67,577) Yanakkala (16,917)
Riyhimyaki rayonu: Hausyarvi (8,864) Loppi (8,393) Riyhimyaki (29,053)
Mədəniyyəti Kanta-Hyame regionu sahti adlanan fin pivəsi ilə məşhurdur.
İstinadlar
Xarici keçidlər Official Kanta-Häme region website Visit Häme website of the region (In English)
Kateqoriya:Finlandiyanın vilayətləri