Fətislam “Petay” Əbiloviç Əbilov () – İkinci Dünya müharibəsi zamanı 135-ci Atıcı Qvardiya Alayının komandanı kimi Sovet İttifaqı ordusunda xidmət etmiş və həyatının əksər hissəsində Anatoli kimi tanınan Krım tatarı olan hərbçi. O, 1990-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına alyiq görülmüşdür. O, hələ müharibə illərində bu ada iki dəfə namizəd göstərilsə də, Krım tatarı olmasına görə rədd edilmişdi.
Erkən həyatı Əbilov 1915-ci ilin 15 martında Krım yarımadasında yerləşən Çadra Şeyx Əli kəndində anadan olmuşdur. 7 sinif məktəbdə oxuduqdan sonra metallurgiya sahəsində və dövlət fermasında traktor sürücüsü kimi çalışmışdır. 1937-ci ildə Qırmızı Ordu sıralarına daxil olmuşdur. 1939-cu ildə Tiflisdəki piyada məktəbini bitirmiş və 1942-ci ildə Kommunist Partiyasına daxil olmuşdur.
İkinci Dünya müharibəsi Əbilov 1941-ci ildə alman hücumu başladıqdan bir müddət sonra cəbhəyə göndərilmişdir. O, bu zaman kapitan rütbəsində idi və atıcı taborun komandanının müavini vəzifəsində xidmət edirdi. 1942-ci ilin sentyabr ayında o, 1292-ci atıcı alayın komandanı təyin edildi və 1943-cü ilin 8 iyun tarixinə qədər bu vəzifədə qaldı. Həmin ildə o, Frunze adına Hərbi Akademiyada kurslara qatıldı və həmin kursu bitirdikdən sonra 44-cü Atıcı Qvardiya Diviziyasının 130-cu Atıcı Qvardiya Alayının komandanı təyin edildi. Onun komandanlığı altında bu alay Narev çayı sahilində alman müdafiə xəttinin yarılmasına nail oldu. Bu əməliyyat zamanı onun alayı böyük qəhrəmanlıq göstərdi. 1944-cü ilin 8 iyulunda onun alayı Baranaviçi ətrafında 600 alman hərbçisini öldürdü və 150 nəfəri əsir aldı. Onun hücum əməliyyatları zamanı düşmən müdafiə xətti yarıldı və xeyli düşmən ləvazimatı qənimət götürüldü. Ümumilikdə, o, diviziyadan olan iki başqa alayla birlikdə 70 yaşayış məntəqəsini azad etdi. Müharibə zamanı 3 dəfə yaralanan Əbilov müharibədən saö qurtulmağı bacardı və 1944, 1945-ci illərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərildi. Lakin ona bu ad o zaman verilmədi.
Həyatının sonrakı dövrü 1947-ci ildə təqaüdə göndərildi və ehtiyata ayrıldı. Müharibədən sağ çıxmış bir çox Krım tatarı veteranlardan fərqli olaraq, o, Mərkəzi Asiyaya sürgünə göndərilmədi və rus adı olan Anatoli adı altında yaşamağa davam etdi. 1964-cü ildə o, Jukovski şəhərinin mülki müdafiəsi üzrə rəis müavini oldu. O, veteranlar şurasının prezidemiumunun üzvü olmuş və 1990-cı ilin 5 mayında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 2005-ci ilin 15 avqustunda vəvat etmiş və Bukovski məzarlığında dəfn edilmişdir.
Həmçinin bax Əmir Çalbaş Əbdürrəhim Rəşidov
İstinadlar
Kateqoriya:Krım tatarları Kateqoriya:Krım tatarı olan hərbçilər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"Varşavanın azad edilməsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ polkovnikləri