Özləm Türeci () — türk mənşəli Almaniya həkimi, elm adamı və sahibkar. 2008-ci ildən bəri həyat yoldaşı Uğur Şahin ilə birlikdə qurduğu şirkət BioNTech SE-nin idarəçisi və 2020-ci ildə COVID-19 əleyhinə peyvənd Pfizerin yaradıcılarından biridir. Türeci 2018-ci ildən "BioNTech"in baş həkimi vəzifəsini icra edir. 2008-ci ildən 2016-cı ilə qədər "Ganymed Pharmaceuticals" şirkətinin qurucusu və baş direktoru olub. O, həmçinin Mayns Universitetində mühazirələr oxuyur.
2021-ci ilin avqust ayında 14 milyard avro sərvəti ilə həyat yoldaşı Uğur Şahinlə birlikdə Almaniyanın ən varlı 10 insanı sırasında 8-ci yeri tutub. Türeci aralarında Almaniya Federal Respublikasının "Ləyaqət" ordeni, Asturiya Şahzadəsi Mükafatı və Aydın Doğan Mükafatı da daxil olmaqla, bir çox mükafat və medalla təltif edilib. O, həmçinin "Forbes" jurnalının 2021-ci il üzrə "Dünyanın ən güclü 100 qadını" siyahısında 48-ci yerdə qərarlaşıb. Həyat və fəaliyyəti İstanbuldan mühaciri türk ailənin övladı olan Özləm Türeci 6 mart 1967-ci ildə Qərbi Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Ziqen şəhərində dünyaya gəlib. Rizə ilinin, Fındıqlı kilçəsindən olan atası, Katolik xəstəxanasında cərrah olaraq çalışıb. Atasının çalışdığı xəstəxanada tibb bacısı olan rahibələrə heyranlıq duyan Türeci, olduqca mədəni mühitdə böyüyüb. Reportajlarının birində özünü "Prussiya türkü" kimi də xarakterizə edib.
Magistr təhsilini Saarland Universitetində tamamlayan Türeci 2001-ci ildə Mayns şəhərinə köçüb. Mayns Universiteti Xəstəxanasında immunitet sisteminin dəyişdirilmiş genetik kodlarla xərçəngə qarşı mübarizədə bir çox işlərə imza atıb. 2001-ci ildə Uğur Şahin ilə qurduğu və türkcə "qənimət" sözündən ilhamlanaraq qurulan "Ganymed" adlı firmada təhsilini davam etdirib. 2002-ci ildə o, özü kimi türk immiqrant həmkarı Uğur Şahin ilə ailə həyatı qurub. Cütlük immun sisteminin, xərçəng hüceyrələrinin bədənə daxil olan virus kimi təsbit etməsi və onları aradan qaldırmaq üçün birlikdə çalışmağı davam etdirirlər.
Xərçəngə həssas antikor müalicələrinə öncüllük edən Ganymed, 2016-cı ildə Yaponiyanın əczaçılıq şirkəti Astellas-a satılıb. Şirkətin 1,3 milyard avroluq satışları bu günə qədər Almaniyada tibb sektorundakı ən yüksək satış olub. Bu satış Özləm Türeci-Uğur Şahini Almaniyanın ən varlı adamları sırasına daxil etdi.
Türeci, BioNTech şirkətini 2008-ci ildə həyat yoldaşı Uğur Şahin və Avstriyalı immunoloq və onkoloq Kristof Huber ilə birlikdə qurub, 2018-ci ildə şirkətin baş həkimi olub. 2020-ci ildən etibarən 1300 işçisi olan şirkət əvvəlcə immunoterapiya xərçəngi müalicələri üzərində çalışıb. 2020-ci ildə COVID-19 pandemiyasının yayılması ilə şirkət koronavirus peyvəndini tapmağa istiqamətləndi. Özləm Türeci, SARS-CoV-2-yə qarşı peyvənd işlərini inkişaf etdirərək, bu istiqamətdə lider rol oynayan alimlərdəndir. Peyvəndin hazırlanmasında BioNTech ilə əməkdaşlıq edən ABŞ əczaçılıq şirkəti Pfizer, 9 noyabr 2020-dəki açıqlamasında, istehsal olunan COVID-19 peyvəndinin (BNT162) 90 % müvəffəqiyyət qazandığını elan edib.
Özləm Türeci Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzeti Financial Times tərəfindən həyat yoldaşı Uğur Şahin ilə birlikdə koronavirüs peyvəndini hazırladıqları üçün "İlin adamı" seçilmişdir.
2021-ci il martın 19-da Türeci həyat yoldaşı Uğur Şahin ilə birlikdə COVID-19-ə qaşı peyvəndin hazırlamasında əldə etdikləri uğura görə Almaniya Federativ Respublikasının ən yüksək mükafatı olan Ləyaqət Ordeni ilə təltif olunublar. Belvyu Sarayında təşkil edilən təltif etmə mərasimində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansleri Angela Merkel də iştirak ediblər. Alim cütlüyə mükafatı şəxsən kansler Angela Merkel təqdim edib.
Türeci, Uğur Şahin, Katalin Kariko və Dryu Vaysman ilə birlikdə altı elm adamı "Texniki və Elmi tədqiqatlar" istiqamətindəki fəaliyyətlərinə görə 2021-ci ildə Asturiya Şahzadəsi mükafatına layiq görülüb. Münsiflər heyəti bu mükafatın verilmə səbəbinin; COVID-19 peyvəndlərinin tapılmasına verdikləri töhfələr, yeni texnologiya olan mRNA-nın inkişaf etdirilməsi, adenovirus əsaslı peyvəndlərin istehsalı və digər xəstəliklərə qarşı istifadəsindəki innovativ rolları ilə əlaqədar olduğunu açıqlayıb. 2021-ci ilin sentyabrında Türeci və Şahinə Köln Universiteti Tibb fakültəsi tərəfindən "RNA peyvəndi sahəsində elmin inkişafına verdikləri töhfələrə görə" fəxri doktor adı verilib.Türeci, Şahin və Katalin Kariko Almaniyanın ən nüfuzlu tibb mükafatı hesab edilən 2022-ci il "Paul Erlix və Ludviq Darmştadter" mükafatına layiq görülüblər.
13 oktyabr 2021-ci ildə Uğur Şahinlə birlikdə Yunanıstanın "İmperatriça Teofano" mükafatına layiq görülüb. Cütlüyün peyvənd kəşfləri ilə milyonlarla həyatı xilas etdikləri və bütün dünyaya ümid verdikləri üçün 2021-ci il İmperatriçə Teofano mükafatına layiq görüldükləri açıqlanıb. Salonikidə keçirilən mərasimdə mükafat Yunanıstan Prezidenti Katerina Sakellaropulu tərəfindən təqdim edilib. Türeci və Şahin Aydın Doğan Vəqfi tərəfindən 2021-ci il Aydın Doğan mükafatına layiq görülüblər. Səhiyyə kateqoriyasında mükafat qazanan cütlüyün "biotexnologiya və Covid-19 peyvəndinin hazırlanması sahəsindəki fədakar işləri və bu yolla bəşəriyyətə verdikləri müstəsna və bənzərsiz xidmətləri" əsas səbəb göstərilib. Almaniyanın Mayns şəhərində keçirilən mərasimdə mükafatı Vəqfin Fəxri sədr müavini Səma Doğan təqdim edib.
Özləm Türeci, Forbes jurnalının hər il dərc etdiyi "Dünyanın ən güclü 100 qadını" 2021-ci siyahısında — aralarında Birləşmiş Krallığın Kraliçası II Yelizaveta, Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Harris və Yeni Zelandiyanın baş naziri Casinda Ardernin də yer aldığı siyahıda — 48-ci yerdə qərarlaşıb. O, 2023-cü ildə Uğur Şahinlə birlikdə Time jurnalının "Dünyanın ən nüfuzlu 100 adamı" siyahısına daxil edilib.
Üzvlüyü Özləm Türeci Amerika Xərçəng Araşdırmaları Birliyinin (AACR) və 2015-ci ildən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO), Alman Hematologiya və Onkologiya Cəmiyyətinin (DGHO), Alman İmmunologiya Cəmiyyətinin üzvüdür.
BioNTech thumb|BioNTech-in Maynsdakı binası|link=Special:FilePath/Mainz_BioNTechSE_20200731.jpg 2008-ci ildə Türeci, 2018-ci ildən bəri baş həkim vəzifəsində çalışdığı Mayns mərkəzli BioNTech biotexnologiya şirkətinin qurucularından biri olub. 2009–2018-ci illərdə şirkətin elmi məsləhət şurasının sədri vəzifəsində çalışıb. BioNTech, xərçəng və digər ciddi xəstəliklərin müalicəsində xəstəyə xas yanaşma metoduna görə, aktiv immunoterapiyanın inkişafı və istehsalına yönəlmişdir. Baş həkim olaraq ilk növbədə Klinik Tədqiqat və İnkişafdan cavabdehdir. BioNTech, 2020-ci ilin yanvarından bəri, şirkətin baş direktoru olan Özləm Türeci və həyat yoldaşı Uğur Şahinin rəhbərliyi altında COVID-19 yoluxucu xəstəliyinin BNT162b2 peyvəndi üzərində araşdırma apararaq peyvəndin hazırlanmasında klinik tədqiqatlar sahəsindən uğur əldə edir. Türeci 500-dən artıq beynəlxalq patent üçün müraciəti olan və elmi jurnallarda 110-dan çox rəyçidən təsdiqini almış elm adamıdır.
Mükafatları thumb|Türeci ve Şahin, Köln Universiteti tərəfindən təqdim olunan "Fəxri doktor" mərasimində, 2021 1995: Alman Hematologiya və Onkologiya Cəmiyyətinin (DGHO) Vinçenz Çerni mükafatı 1997: Kaloqero Paqlierello Araşdırma mükafatı 1995: Alman İmmunoloji Dərnəyi — Corcs Köhler mükafatı 2020: Axel Springer SE tərəfindən "Covid-19"-a qarşı hazırladıqları mRNT peyvəndinə görə Fəxri mükafat 2021: Almaniya Federativ Respublikasının Ləyaqət Ordeni 2021: Yunanıstanın "İmperatriça Teofano" mükafatı 2021: "Paul Erlix və Ludviq Darmştadter" mükafatı Həmçinin bax Uğur Şahin Katalin Kariko Pfizer–BioNTech COVID-19 vaksini
Ədəbiyyat David Gelles: The Husband-and-Wife Team Behind the Leading Vaccine to Solve Covid-19. The New York Times, November 10, 2020.
İstinadlar
Xarici keçidlər
Türk bilim insanı Özlem Türeci’ye prestijli tıp ödülü verildi Bir Devrin Sonu mu Geliyor? Uğur Şahin ve Özlem Türeci Kanser Aşısı İçin Kolları Sıvadı KATALOG DER DEUTSCHEN NATIONALBIBLIOTHEK Özlem Türeci Uğur Şahin və Özləm Türəci "ilin adamı" seçildilər
Kateqoriya:Türkiyə həkimləri Kateqoriya:Türkiyə akademikləri Kateqoriya:Almaniya həkimləri Kateqoriya:Almaniya alimləri Kateqoriya:Türkiyə alimləri Kateqoriya:Qadın milyarderlər Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri