Ukraynanın Yunanıstan səfirliyi () — Ukraynanın Yunanıstanın Afina şəhərində yerləşən səfirliyi.
Vəzifələri Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
Tarixi 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il yanvarın 15-də Ukrayna və Yunanıstan dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1993-cü ildə isə Ukraynanın Yunanıstan səfirliyi yaradıldı.
Ukraynanın Yunanıstanda olan fövqəldə və səlahiyyətli səfiri Sergey Şutenhodur. O, 2018-ci ildən bu vəzifədədir.
İstinadlar
Kateqoriya:Ukraynanın diplomatik nümayəndəlikləri