Woolworth Building — ABŞ-nin Nyu-York şəhərində yerləşən göydələn. Bina Broadvey küçəsində yerləşir. 1910–1913-cü illər arasında F. W. Woolworth şirkətinin qərargahı olaraq inşa edilmişdir və şəhərin ən qədim göydələnlərindən biridir. Bina 241.4 metr hündürlükdə və 57 mərtəbəlidir. 34 lift mövcuddur. İnşa edildikdə sonra 1930-cu ildə 40 Wall Street tamamlanana qədər dünyanın ən hündür binası ünvanına sahib idi. Woolworth Binası 1966-cı ildə Milli Tarixi Əsərlərin siyahısına daxil edilmişdir. Binanın inşaat mühəndisi Gunvald Aus və Kort Berle olmuşdur. Binanın tikintisinə 13,5 milyon ABŞ dolları xərclənmişdir.

İstinadlar

Biblioqrafiya

Xarici keçidlər

Kateqoriya:Göydələnlər Kateqoriya:Nyu-Yorkdakı göydələnlər Kateqoriya:Cass Gilbertin əsərləri Kateqoriya:Dünyanın keçmiş ən hündür binaları Kateqoriya:1913-cü ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Hündürlüyü 200 ilə 249 metr arasında olan göydələnlər Kateqoriya:Manhettendəki yaşayış göydələnləri