thumb|Nyu-York sığınacaq evinin 1855-ci ilə olan vəziyyətini təsvir edən ağac oyması Nyu-York sığınacaq evi () ― ABŞ-da azyaşlı cinayətkarlar üçün açılmış ilk islahedici müəssisə. Müəssisə 1824-cü ildə Nyu-York şəhərinin Manhetten borosunun Baueri küçəsində açılmışdır, 1839-cu ildə yanğın nəticəsində dağılmış və 23-cü küçəyə köçürülmüşdür, 1854-cü ildə isə Rendels adasında yerləşdirilmişdir.
111 illik tarixi ərzində islahedici müəssisə şəxsi mənbələrdən maliyyələşdirilirdi, dövlət qurumlarından ancaq rəhbərlik, nəzarət və əlavə maliyyə alırdı.
1901-ci ildən başlayaraq qadın məhkumlar yeni açılan qadınlar üçün Nyu-York sığınacaq evinə (), indiki Takonik islah müəssisəsinə köçürüldü. 1930-cu illərdə yaşca daha kiçik kişi məhkumlar (12 ilə 15 yaş arası) Vorikdə yerləşən yeni dövlət təlim məktəbinə köçürüldü, yaşca daha böyük oğlanlar isə yeni tikilmiş Koksaki dövlət həbsxanasına köçürüldülər. Sığınacaq evi 11 may 1935-ci ildə bağlandı.
İstinadlar
Xarici istinadlar Nyu-York İctimai Kitabxanasının Rəqəmsal Qalereyası
Kateqoriya:Manhettendəki binalar və tikililər Kateqoriya:Baueri Kateqoriya:23-cü küçə (Manhetten)