Liquriya Respublikası (, ) — İtaliyanın Liquriya regionunda mövcud olmuş kukla dövlət. 1797-ci ildə Genuya Respublikası Napoleon tərəfindən işğal edildikdə, bu dövləti ləğv etdi və yerində Liquriya Respublikasını yaratdı. 1805-ci ildə Napoleon bu dövləti ləğv etdi və Fransa İmperiyasına bağladı.

1814-cü ildə Napoleon müharibələrdə qəti şəkildə məğlub olduqda, bu dövlət yenidən quruldu, lakin 1815-ci ildə Vyana konqresində Sardiniya Krallığına verildi və ilhaq edildi.

Kateqoriya:Birinci Fransa imperiyası Kateqoriya:Tarixi respublikalar Kateqoriya:İtaliya tarixindəki dövlətlər Kateqoriya:Liquriya tarixi Kateqoriya:Genuya tarixi Kateqoriya:İtaliyanın iqtisadi tarixi Kateqoriya:1797-ci ildə yarananlar