Futbol üzrə 10-cu Avropa çempionatı () — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı.
İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır.
Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur.
Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur. Bu, Almaniya yığmasının Avropa çempionatları tarixində üçüncü uğuru idi.
Çempionatın rəsmi himni Simple Red qrupunun "We're in This Together" mahnısı olmuşdur.
Qısa xülasə A qrupunda çempionatın açılış oyununda İngiltərə İsveçrə ilə 1 : 1 hesabı ilə heç-heçə oynadı. Növbəti turda Şotlandiya və Niderlandı məğlub edən ingilislər qrupda birinci yeri tutdu. İngiltərə ilə oyunda oyunun sonlarında Partik Klyuvertin vurduğu qol top fərqinə görə Niderlandı ikinci yerin sahibi etdi. Şotlandiya və İsveçrə turnirlə vidalaşmalı oldu. B qrupunda Fransa və İspaniya ilk iki yeri bölüşdü. Baxmarayaraq ki, qrupda son Dünya çempionatının yarımfinalçısı Bolqarıstan da var idi. Xristo Stoiçkovun hər 3 görüşdə fərqlənməsi komandasına kömək olmadı. C qrupunda gözlənilmədən son Dünya çempionatının finalçısı İtaliya yığması Çexiyaya uduzdu və qrupun son matçında Almaniya ilə heç-heçə oynayaraq çempionatla vidalaşdı. Almaniya qrupda birinci, Rusiya isə sonuncu yeri tutdu. D qrupunda son Avropa çempionu Danimarka Xorvatiya və Portuqaliya ilə mübarizədə 3-cü oldu və çempionatı tərk etdi. Türkiyə yığması isə Avropa çempionatlarında qrup sistemi tətbiq olunandan bəri qol vurmayan ilk komanda kimi tarixə düşdü. Play-off mərhələsi daha çox müdafiəmeyilli oyunlarla yadda qaldı. Bunun nəticəsi kimi 7 oyunda cəmi 9 qol vuruldu və oyunlardan 4-nün qalibi oyunsonrası penaltilərlə müəyyən edildi. Birinci yarımfinalda ev sahibi İngiltərə İspaniya ilə qarşılaşdı. Oyun ərzində iki qolu sayılmayan İspaniya oyunsonrası penaltilərdə 2 : 4 hesabı ilə uduzdu. Fransa-Niderland oyunu da 0 : 0 hasabı ilə bitdi, penaltilərdə fransızlar 5 : 4 üstün oldular. Almaniya Xorvatiyanı 2 : 1 hesabı ilə məğlub etdi. Çexiya isə Portuqaliyanın "qızıl nəsli"ni 1 : 0 hesabı ilə məğlub edərək evə əliboş yola saldı. İlk yarımfinalda yenə də 0 : 0 hesabı qeydə alındı. Bu dəfə Fransa və Çexiya yığmaları güclünü penaltilərlə təyin etdilər. Reynald Pedrosun pentaltini qaçırması ilə Çexiya 6 : 5 hesabı ilə qalib gələrək finala vəsiqə qazandı. İkinci yarımfinalda 1990 Dünya çempionatında da bu mərhələdə qarşılaşan Almaniya və İngiltərə üz-üzə gəldi. Şirer və Kuntzun qolları ilə oyun penaltilərə qədər uzandı. Qaret Sautgeytin zərbəsini Köpke dəf etdi, Möller isə dəqiq oldu. Finalda Çexiya və Almaniya milliləri üz-üzə gəldi. Çexiya millisi 1976-cı ilin Avropa çempionatındakı kimi qalib gəlməyi düşünürdü. Hesabı da onlar açdılar. Berger 59-cu dəqiqədə komandasını irəli çıxardı. Lakin Oliver Birhoff həm hesabı bərabərləşdirdi, həm də əlavə vaxtda "qızıl qol" vuraraq komandasına kuboku qazandırdı.
Seçmə mərhələsi oyunları
30 noyabr 1992-ci ildə UEFA növbəti Avropa çempionatında 8 yox, 16 komanda iştirak edəcəyinə qərar verdi. Buna təsir edən əsas səbəblərdən biri Avropanın xəritəsində SSRİ və Yuqoslaviyanın parçalanması nəticəsində yeni dövlətlərin yaranması idi. 47 yığma 15 yer uğrunda mübarizəyə qoşulacaqdı.
Seçmə mərhələnin püşkatması 22 yanvar 1994-cü ildə Mançester şəhərində keçirildi. Komandalar 5-6 komanda olmaqla 8 qrupa bölüşdürüldü. Oyunlar 1994-cü ilin aprelində başlandı və 1995-ci ilin dekabrında yekunlaşdı. Qrupa ilk yeri tutanlar və 2-ci yeri tutmuş 6 komanda final mərhələsinə birbaşa vəsiqə qazanırdı. İkinci yeri tutmuş aşağı reytinqli iki komanda isə pley-off oyunları oynamalı idi.
1-ci qrup2-ci qrup3-cü qrup4-cü qrup
5-ci qrup6-cı qrup7-ci qrup8-ci qrup
Püşkatma Final mərhələsinin püşkatması 17 dekabr 1995-ci ildə Birminhemin Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir. Yalnız 4 komanda 1-ci səbət olaraq təyin edilmişdi: ev sahibi İngiltərə, kubokun son qalibi Danimarka, Almaniya və İspaniya. Digər komandalar səbətə bölünməmişdilər, istənilən qrupa düşə bilərdilər. SəpələnmişSəpələnməmiş
Püşkatmanın nəticələri: +A qrupuSıraKomandaA1A2A3A4+B qrupuSıraKomandaB1B2B3B4+C qrupuSıraKomandaC1C2C3C4+D qrupuSıraKomandaD1D2D3D4
Şəhərlər və stadionlar 1990-cu ildə yayımlanan Teylorun Hesabatından (1989-cu ildə baş vermiş Hillsboro faciəsindən sonra Lord Telor tərəfindən azarkeşlərin stadionlardakı təhlükəsizliyinin qorunması haqqında hesabat) sonra İngiltərədə bütün stadionlarda ancaq oturacaları olan sistemə keçid etməyə başladı. Turnirə isə ölkənin aparıcı klublarının bu sistemə uyğunlaşdırılmış stadionları seçilmişdir.
London Mançester Uembli Old Trafford Tutumu: 76 567 Tutumu: 55 000 200px 200px Liverpul Birminhem Anfild Villa Park Tutumu: 42 730 Tutumu: 40 310 200px 200px Lids Şeffild Nottingem Nyukasl Elland Roud Hillsboro Siti Qround Sent-Ceyms Park Tutumu: 40 204 Tutumu: 39 859 Tutumu: 30 539 Tutumu: 36 649 200px 200px 200px 200px
Hakimlər Ölkə Hakim Yan hakimlər 4-cü hakim Gerd Qrabher Eqon Bereuter Manfred Zeyszer Günter Benko Vadim Juk Yuri Dupanov Aleh Çikun Kazimir Znaydinski Gi Götals Mark Van den Brok Stani Op de Bik Mişel Piro Atanas Uzunov İvan Lekov Yordan Yordanov Stefan Ormandijev Vatslav Krondl Milan Brabets Otakar Draştik Jiri Ulrix Piter MikkelsenKim Milton Nilsen Yens LarsenKarl-Yohan Kristensen Mayer Henninq KnudsenTorben Sirsen Knud Erik FiskerLars Gerner Devid EllereyDermot Qallaxer Entoni Beyts Fil Coslin Piter Uolton Mark Uorren Pol DarkinStiven Lodc Mark Batta Pyer Ufrasi Jak Mas Alan Sars Hellmut Kruq Bernd Heynemann Klaus PlettenberqHans Volf Eqbert EnqlerHarald Zater Hermann AllbrextHartmur Ştrampe Şandor Pul Laslo Hamar İmre Bozoki Şandor Piller Pyerluici PayrettoPyero Çekkarini Donato NikolettiEnriko Preziosi Tulio ManfrediniFabrisio Zanforlin Marsello NikkiAlfredo Trentalanj Mario van der Ende Yan Dolstra Berend Talens Rene Temmink Nikolay Levnikov Sergey Fursa Sergey Fransuzov Sergey Xusainov Lesli Mottrem Robert Or Con Fleminq Hyu Dallas Manuel Dias VeqaAntonio Xesus Lopes Xoakin Olmos QonsalesViktoriano Giraldes Karrasko Fernando Tresako QrasiaManuel Lopes Fernandes Xoe Maria Qarsiya-ArandaXuan Ansuatequ Roka Anders FriskLeyf Sandell Mikael NilssonKennet Petersson Sten SamuelssonMikael Hansson Karl-Erik NilsonMorqan Norman Serj Muhmenhaler Ernst Felder Martin Freyburqhaus Urs Mayer Ahmet Çakar Akif Uğurdur Turgay Güdü Oğuz Sarvan
Komandaların heyətləri
Final turniri A qrupu KomandaOQBMQ.vQ.bXallar3210727311134431111243012141
B qrupu KomandaOQBMQ.vQ.bXallar3210527312043531113443003140
C qrupu KomandaOQBMQ.vQ.bXallar3210507311156431113343012481
D qrupu KomandaOQBMQ.vQ.bXallar3210517320436631114443003050
Pley-off mərhələsi
1/4 final
1/2 final
Final
GK 1Petr KoubaSW 5Miroslav Kadleç (k)CB 15 Mixal Hornak CB 3 Yan SuxoparekCM 4 Pavel Nedved CM 13 Radek BeyblCM 19 Karel RadaRW 8 Karel Poborski AM 14Patrik BergerLW 7Jiri NemeçCF 9Pavel Kuka Əvəzetmələr:FW 17Vladimir Smiçer Baş məşqçi:Duşan Uhrin300px GK 1Andreas KöpkeSW 6 Matias Zammer CB 14Markus BabbelCB 5Tomas Helmer RWB 19Tomas StrunzLWB 17 Kristian Zige DM 21 Diter Eilts CM 8Mehmet Şöll CM 10Tomas Hasler CF 18Yürgen Klinsmann (c)CF 11Stefan Kuntz Əvəzetmələr:MF 3Marko Bode FW 20Oliver Birhoff Baş məşqçi:Berti Foqts
Avropa çempionu1996Üçüncü titul
Bombardirlər 5 top Alan Şirer
3 top Yürgen Klinsman Davor Şuker Brayan Laudrup Xristo Stoiçkov
2 top Teddi Şeringen Oliver Birhoff Mattias Zammer
Statistika Simvolik yığma komanda Q Devid Simen Q Andreas Köpke M Radoslav Latal M Loran Blan M Marsel Desai M Matias Zammer M Paolo Maldini Ym Karel Poborski Ym Pol Qaskoyn Ym Stiv MakManaman Ym Didye Deşam Ym Diter Aylts Ym Rui Koşta H Xristo Stoiçkov H Davor Şuker H Pavel Kuka H Alan Şirer H Yuri Corkayeff
Qızıl Buts sahibi Alan Şirer (5 qol)
Turnirin oyunçusu Matias Zammer
Terror hadisəsi Old Trafford-da keçiriləcək C qrupunun Almaniya - Rusiya oyunundan bir gün əvvəl, yəni 15 iyunda Mançesterin mərkəzində bomba olan maşın partladıldı. Hadisə nəticəsində ölən olmasa da, 212 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, sığortacıların hesablamalarına görə 700 milyon funt strelinqli zərər əmələ gəlmişdir.
Hadisədən 5 gün sonra Müvəqqəti İrlandiya Respublikası Ordusu (IRA) hadisənin onlar tərəfindən hazırlandığını, mülki şəxslərin xəsarət almasına görə üzüldüklərini bildirdilər.
UEFA Avro 1996 Azərbaycan markalarında
İstinadlar
Xarici keçidlər Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası UEFA Avropa çempionatlarının tarixi. 1996. İngiltərə UEFA Avro 1996 UEFA-nın rəsmi saytında UEFA-nın rəsmi saytında turnirin rusdilli səhifəsi
Həmçinin bax
Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:İngiltərənin ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:1996-cı ildəki hadisələr Kateqoriya:1996-cı ildə İngiltərə Kateqoriya:1995/1996 mövsümündə Avropada futbol Kateqoriya:1995/1996 mövsümündə İngiltərədə futbol